Mingəçevirdə narkotik istifadə edən diş texnikləri saxlanıldı - FOTO

Mingəçevir şəhər ərazisində yerləşən stomatoloji məntəqədə çalışan diş texniklərinin orada narkotik vasitə qəbul etmələrinə dair məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, polis əməkdaşları həmin obyektə baxış keçirib və orada müştərilərə xidmət göstərən Rəsul Səfərovla Mövlud Hüseynov saxlanılıb.
Tibbi müayinədən keçirilən həmin şəxslərin marixuana qəbul etdikləri məlum olub. Hər iki şəxs barəsində toplanmış materiallar baxılmasından ötrü şəhər məhkəməsinə göndərilib. Məhkəmənin də qərarı ilə barələrində qanunamüvafiq tədbir görülüb.
Polis əməkdaşlarını gördükdən sonra məntəqədən uzaqlaşan bir nəfərin isə tutularaq məsuliyyətə cəlb olunması istiqamətində zəruri tədbirlər davam etdirilir.
Araşdırma zamanı həmin stomatoloji məntəqənin lisenziya olmadan fəaliyyət göstərdiyi aşkarlanıb.
Azərbaycanlıların olduğu daha bir gəmiyə dron hücumu - VİDEO - FOTO
Sumqayıtda tapılan telefon iki dostu düşmən etdi: Qanlı hadisənin təfərrüatı
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ












