Mingəçevirdə qəribə hadisə: Oğrunu yaxalamaq istəyən gözətçi damdan yıxıldı - VİDEO

Mingəçevirdə oğrunu tutmaq üçün qaçan şəxs xəstəxanalıq olub. Şəhərdə gözətçi işləyən şəxsin iddialarına görə gecə saatlarında əraziyə daxil olan oğrunu tutmağa çalışarkən yıxılaraq xəsarət alıb.
Avtosfer.az xəbər verir ki, oğrunun arxası ilə qaçan gözətçi hündürlükdən düşərək ağır xəsarət alıb. Hadisə Mingəçevirdə baş verib. Şəhərdə fəaliyyət göstərən liseyin gözətçisi Elsəvər Rəcəbli, çalışdığı təhsil ocağının qonşuluğunda yerləşən ticarət mərkəzinin dam hissəsində səs eşitdiyini və oğurluq ola biləcəyini düşünərək həmin hissəyə qaçıb.Bu zaman dam örtüyü sınıb və gözətçi hündürlükdən düşərək ağır xəsarət alıb. Mingəçevir Təbiət Riyaziyyat və Humanitar Elmlər Təmayüllü liseyin müdir müavini xəsarət alan şəxsin uzun illərdi gözətçi işlədiyini bildirib. Mingəçevir şəhər xəstəxanasından isə bildirilib ki, hazırda xəstənin vəziyyəti orta ağırdır. Bədənin müxtəlif nahiyyələrində sınıqları var. Baş verən hadisə ilə bağlı daxili işlər nazirliyinin şəki regional idarəsinin mətbuat xidmətindən isə xəzər xəbərə bildirilib ki, Elsəvər Rəcəblinin ifadəsi alınıb məsələ ilə bağlı araşdırmalar davam etdirilir.
Azərbaycanlıların olduğu daha bir gəmiyə dron hücumu - VİDEO - FOTO
Sumqayıtda tapılan telefon iki dostu düşmən etdi: Qanlı hadisənin təfərrüatı
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ












