Mühafizəçinin başını yarıb pencəyini aldı - FOTO

Xaçmazda şadlıq evinin mühafizəçisinə qarşı quldurluq edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, naməlum şəxs hadisə zamanı zərərçəkənin baş nahiyəsinə xəsarət yetirib. Amma o, quldurluq yolu ilə pul, eləcə də başqa qiymətli əşya tapa bilməyib və mühafizəçinin pencəyini götürərək hadisə yerindən qaçıb. Faktla bağlı məlumat daxil olan kimi Xaçmaz rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, zərərçəkənin izahatı alınıb. Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinənin şəxsiyyəti qısa zamanda müəyyənləşdirilib. Əməliyyat zamanı həmin şəxs – əvvəllər məhkum olunmuş Quba rayon sakini Asəf Ocaqov saxlanılaraq istintaqa təqdim edilib. A.Ocaqov ifadəsində törətdiyi cinayəti etiraf edib. Faktla bağlı Xaçmaz RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə həmin şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Sumqayıtda tapılan telefon iki dostu düşmən etdi: Qanlı hadisənin təfərrüatı
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ













