Narkotik vasitənin təsiri altında sərnişin daşıyan sürücü həbs edilib - FOTO

Masallı Rayon Polis Şöbəsinin dövlət yol polisi bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində hərəkətdə olan “Mercedes” markalı mikroavtobusun sürücüsü yol hərəkəti qaydalarını pozduğu üçün ona “saxla” işarəsi verilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, nəqliyyat vasitəsi saxlanıldıqdan sonra sürücü, Masallı rayon sakini Nazim Qurbanovun narkotik vasitə qəbul etməsinə dair şübhələr yarandığından onun müvafiq tibbi müayinədən keçirilməsi təmin edilib. Müayinənin nəticəsinə əsasən N.Qurbanovun narkotik vasitədən istifadə etdiyi məlum olub. Onun barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Masallı Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə həmin şəxs 30 gün müddətində inzibati qaydada həbs edilib.
Sumqayıtda tapılan telefon iki dostu düşmən etdi: Qanlı hadisənin təfərrüatı
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ












