Oğuzda ağır qəza - 3 ölü, 3 yaralı var - YENİLƏNİB

Oğuzda ağır yol qəzasında 3 nəfər ölüb, daha 3 nəfər ağır xəsarət alıb.
Avtosfer.az xəbər verir ki, günorta saatlarında baş verən qəza zamanı ağır xəsarət alan yaralılardan biri, 2018-ci il təvəllüdlü Eldar Elmar oğlu Məmmədov müalicə aldığı Şəki Rayon Mərkəzi Xəstəxanasında dünyasını dəyişib.
Qeyd edək ki, hadisə günorta saat 15 radələrində Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun 129-cu kilometrliyində, yolun Oğuz rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, Şəki şəhər sakini Elmar Eldəniz oğlu Məmmədov idarə etdiyi “Reno Meqan" markalı, 99 NL 192 dövlət nömrə nişanlı minik avtomobil ilə Oğuz istiqamətində hərəkətdə olarkən idarəetməni itirməsi səbəbindən nəqliyyat vasitəsini Daşağıl körpüsü yaxınlığında aşırıb. Qəza zamanı sürücü və avtomobildə sərnişin qismində olan baldızı, 2003-cü il təvəllüdlü Xadicə Ağəli qızı İsmayılova aldıqları ağır xəsarətlərdən hadisə yerində ölüblər. Avtomobildə olan digər sərnişinlər - sürücünün həyat yoldaşı 1991-ci il təvəllüdlü Günel Ağəli qızı Məmmədova, övladları 2018-ci il təvəllüdlü Eldar Elmar oğlu Məmmədov və qardaşı 1999-cu il təvəllüdlü Elmin Eldəniz oğlu Məmmədov aldıqları müxtəlif dərəcəli xəsarətlərlə Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Yaralılardan azyaşlı Eldar Məmmədov xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Azərbaycanlıların olduğu daha bir gəmiyə dron hücumu - VİDEO - FOTO
Sumqayıtda tapılan telefon iki dostu düşmən etdi: Qanlı hadisənin təfərrüatı
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ












