Oğuzda suvenir pullarla təqaüdçüləri aldadan şəxs saxlanıldı - FOTO

Oğuzda suvenir pullarla təqaüdçüləri aldadan şəxs saxlanılıb.
Oğuz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə vətəndaşlara qarşı dələduzluq edən, əvvəllər də dəfələrlə məhkum olunmuş Mingəçevir şəhər sakini Elşən Ağayev saxlanılıb.
Avtosfer.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, o, təqaüd alan şəxslərə Bakı şəhərindən 50 manat maddi yardım gətirdiyini deyərək zərərçəkmişlərə üzərində “etibarsızdır” yazılan 100 manatlıq təqdim edib. Pulun qalan hissəsini isə vətəndaşlardan alaraq onların maddi vəsaitini ələ keçirib.
Araşdırmalarla E.Ağayevin respublikanın digər şəhər və rayonlarında da vətəndaşları analoji üsullarla aldatdığı müəyyən olunub.
Faktla bağlı araşdırmalar davam etdirilir. E.Ağayevin əməllərindən zərər görən başqa şəxslər varsa polisə müraciət edə bilərlər.
Bakı-Sumqayıt yolunda yük maşını körpüyə ilişib qaldı - VİDEO
Qayda pozan piyada əli ilə sürücüdən ona yol verməsini istədi - VİDEO
Yardımlıda alışan “Mercedes” geriyə hərəkət edərək dərəyə düşdü - VİDEO
Diqqətli olun: Azərbaycanla bağlı yayılan bu görüntülər saxtadır – ARAŞDIRMA - VİDEO
Xırdalanda yoldakı dərin çuxura təkər qoydular - ŞİKAYƏT - VİDEO
Ucarda sərnişin dolu avtobus bir anda alova büründü - VİDEO
Sürücülük kursu vətəndaşdan pulunu alıb təlimləri keçirmədi - ŞİKAYƏT - FOTOLAR
"İşə getsən, səni öldürəcəyəm" dedi, arvadını baltaladı - Dəhşətli cinayətin təfərrüatı
Sumqayıtda dəhşət: 32 yaşlı kişi ÖLDÜ
Ölüm hökmü canlı yayımda icra ediləcək
Dörd maşın KÜLƏ DÖNDÜ - GÜCLÜ YANĞIN - VİDEO













