Ölən uşağın ailəsi bağışlamadı - 5 il həbs cəzası verildi

Ötən ilin iyul ayında Abşeron rayonunda “Toyota Prius” markalı avtomobillə 10 yaşlı velosipedçini vurub öldürən İlqar İmanova hökm oxunub.
Avtosfer.az xəbər verir ki, Abşeron Rayon Məhkəməsində keçirilən prosesdə İ.İmanov Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinib.
Bildirilib ki, iyulun 22-sində İlqar İmanovun idarə etdiyi “Toyota Prius” markalı 99-KY-264 dövlat qeydiyyat nişanlı avtomobil velosipedlə yolu keçmək istəyən 2013-cü il təvəllüdlü Kənan Novruzovu vurub.
K.Novruzov koma halında xəstəxanaya yerləşdirilib və iyulun 25-də vəfat edib.
Azyaşlının ailəsi sürücünü bağışlamayıb və ona ağır cəza verilməsini xahiş edib.
Abşeron rayon Məhkəməsinin hökmü ilə İ.İmanova 5 il 1 ay həbs cəzası verilib. İbtidai istintaq və məhkəmə prosesi ərzində polisin nəzarəti altında olan şəxs məhkəmə zalında həbs edilib. Onun cəza müddətindən sonra 2 il avtomobil idarə etmək hüququ da məhdudlaşdırılıb.
(qafqazinfo)
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












