Onlayn narkotacirin kuryeri belə ələ keçdi - VİDEO

Xaricdə yaşayan narkotacirə kuryerlik edən Astara sakini saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan Astara sakinindən 28 kiloqramdan artıq müxtəlif növ narkotik vasitə və psixotrop maddə, əlavə olaraq narkotik tərkibli həblər aşkarlanaraq götürülüb. Astara RPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Astara rayon sakini Teymur Əliyev sərnişin qismində olduğu taksi fəaliyyəti göstərən avtomobildə saxlanılıb. Həmin avtomobilin yük yerindən T.Əliyevə məxsus 11 kiloqram 530 qram heroin, 2 kiloqram 460 qram tiryək, 10 kiloqram 545 qram qurudulmuş marixuana, 4 kiloqram 220 qram metamfetamin və 4560 ədəd metadon həbi aşkarlanaraq götürülüb. Araşdırma zamanı müəyyən edilib ki, T.Əliyev narkotik vasitə və psixotrop maddəni xaricdə yaşayan narkotacir vasitəsilə əldə edib və onun dediyi yerlərə çatdırılmasını təmin etməli imiş.
Faktla bağlı Astara RPŞ-də araşdırma aparılır.
Sumqayıtda həyat yoldaşını qətlə yetirən şəxs qazisi imiş - DETALLAR - VİDEO
Bloger tərəfindən təhqir olunan şəhid anası nazirə müraciət etdi - YENİLƏNİB
Suraxanıda yaşayış evində uçqun olub, ölən və yaralı var - VİDEO
Abşeronda binada partlayış baş verib: Xəsarət alan var - VİDEO
Bakıda avtobus ağır qəzaya düşdü - Yaralılar var - VİDEO - YENİLƏNİB
Ağdamda 15 yaşlı qız oğlana qoşulub qaçdı - Polis 2 gün sonra tapdı
Kristal Abşeronun həyətində xaos: Hərəkət çətinləşdi - FOTO
Avtobus palçıqlı yolda batdı - VİDEO
Gəncədə itə qarşı amansızlıq: İşgəncəyə məruz qalan heyvan öldü - VİDEO
Gənc qadın 90-lıq yolda təhlükəli anlar yaşatdı - ANBAAN VİDEO
Maşında həyat yoldaşına şiddət göstərən rəqqas SAXLANILDI - VİDEO - YENİLƏNİB












