Ottava aeroportu yaxınlığında nümayiş səbəbindən nəqliyyatın hərəkəti pozulub

Ottava beynəlxalq aeroportunun yaxınlığında nümayiş səbəbindən avtomobil nəqliyyatının hərəkətində problem yaranıb. Bu, Kanada paytaxtında koronovirus məhdudiyyətlərinə qarşı etiraz aksiyası keçirən yük maşınlarının sürücüləri ilə həmrəylik nümayişidir.
Avtosfer.az xəbər verir ki, təxminən 60-70 avtomobil sərnişinlərin gəldiyi və getdiyi aeroport binasının qarşısındakı yolda asta sürətlə dövrə vurur. Bununla əlaqədar terminala giriş-çıxış əlavə vaxt aparır.
Hava limanının müdiriyyəti bildirib ki, aksiya hələlik aeroportun işinə bir o qədər də təsir göstərmir. Belə ki, pandemiyaya görə sərnişin axını minimum səviyyədədir.
Yanvarın 29-dan başlayaraq Kanadanın bir sıra şəhərlərində, o cümlədən paytaxtda yük avtomobilləri sürücülərinin təşəbbüsü ilə koronavirus məhdudiyyətləri əleyhinə genişmiqyaslı etiraz aksiyaları keçirilir. Baş nazir Castin Trüdo təhlükəsizlik nöqteyi-nəzərindən paytaxtdakı iqamətgahını tərk edib. Fevralın 7-də isə etirazlar səbəbindən Ottavada fövqəladə vəziyyət rejimi elan olunub.
AZƏRTAC
Azərbaycanlıların olduğu daha bir gəmiyə dron hücumu - VİDEO - FOTO
Sumqayıtda tapılan telefon iki dostu düşmən etdi: Qanlı hadisənin təfərrüatı
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ












