Özünü qazi kimi təqdim edən şəxs ödənişini etmədiyi maşının şüşələrini sındırdı - VİDEO

Yanvarın 14-də "Tik-Tok" sosial şəbəkəsində "Qazini təhqir etdilər, bu da sonu" başlığı ilə bir nəfərin "Khazar" markalı avtomobilin şüşələrini sındırmasını əks etdirən görüntülər yayılıb.
Avtosfer.az Milli.az-a istinadən xəbər verir ki, faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılıb.
Müəyyən edilib ki, həmin şəxs Bakı şəhər sakini, 35 yaşlı Anar Məmmədovdur. O, şüşələrini sındırdığı avtomobili "Azərmaş" ASC-dən lizinq müqaviləsi əsasında almasına baxmayaraq, son yeddi ay ərzində ödəniş etmədiyi üçün etibarnaməsi ləğv edilib və yanvarın 11-də yol polisi əməkdaşları tərəfindən nəqliyyat vasitəsi saxlanılaraq müvəqqəti duracağa yerləşdirilib.
"Azərmaş" ASC tərəfindən vətəndaş Anar Məmmədova etibarnamə verilmədiyindən tərəflər arasında mübahisəli vəziyyət yaranıb. Yanvarın 13-də A.Məmmədov sərxoş halda duracağa gələrək avtomobilin şüşələrini sındırmaqla nəqliyyat vasitəsinə 4.090 manat dəyərində maddi ziyan vurub.
Hazırda faktla bağlı idarənin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsilə cinayət işi başlanılaraq araşdırma aparılır. Həmçinin, müəyyən edilib ki, Anar Məmmədov özünü qazi kimi təqdim etsə də, o, ümumiyyətlə, müharibə iştirakçısı deyil və heç bir döyüş əməliyyatında iştirak etməyib.
Belə ki, o, 2020-ci il sentyabrın 30-da qismən səfərbərliyə cəlb edilərək, hərbi hissələrdən birinə əsgər kimi göndərilib, lakin altı gündən sonra orada avtomaşından yıxılaraq xəsarət aldığı üçün ordu sıralarından tərxis olunub.
Bakıda məktəbli öldürüldü: Sinif yoldaşı tutuldu
Abşeronda toyda kütləvi dava düşdü: Bir nəfər ölüm ayağındadır
Sükan arxasında sərxoş tutulan nazir həm avtomobilindən, həm də vəzifəsindən oldu
Bu ölkədə cərimə yol vergisindən daha səmərəlidir
Heyvanı buynuzundan bağlayıb başıaşağı saxladı: “Onsuz da kəsiləcək” - VİDEO
Öz kefi ilə hərəkət edən skuter sürücüsü az qala piyadanı vuracaqdı - VİDEO
Sumqayıtda həyat yoldaşını qətlə yetirən şəxs qazisi imiş - DETALLAR - VİDEO
Bloger tərəfindən təhqir olunan şəhid anası nazirə müraciət etdi - YENİLƏNİB
Suraxanıda yaşayış evində uçqun olub, ölən və yaralı var - VİDEO
Abşeronda binada partlayış baş verib: Xəsarət alan var - VİDEO
Bakıda avtobus ağır qəzaya düşdü - Yaralılar var - VİDEO - YENİLƏNİB











