Pakistanda Çin şirkətinin avtomobil karvanı partladılıb

“Bəlucistan azadlıq ordusu” Kəraçi hava limanı yaxınlığında Çin şirkətinə məxsus avtomobil karvanının partladılmasına görə məsuliyyəti öz üzərinə götürüb.
Avtosfer.az BBC telekanalına istinadla xəbər verir ki, avtomobil karvanı Pakistanda kömürlə işləyən iki elektrik stansiyası tikən “Port Qasim Power Generation Co Ltd” şirkətinə məxsus olub.
Çinin Pakistandakı səfirliyi hadisə nəticəsində azı iki nəfər Çin vətəndaşının həlak olduğunu, birinin yaralandığını bildirib. Pakistan polisinin mətbuata verdiyi açıqlamada isə hücum zamanı yaralanan 10 nəfərdən birinin vəziyyətinin ağır olduğu deyilir.
Hücumun məsuliyyətini Bəlucistan əyalətinin Pakistandan ayrılmasına çalışan “Bəlucistan azadlıq ordusu” öz üzərinə götürüb. Onlar uzun müddətdir ki, ölkənin müxtəlif ərazilərində çinli işçilərə qarşı hücumlar təşkil edir.
Qeyd edək ki, bəluclar Pakistan, İran və Əfqanıstan ərazilərində yaşayan bir xalqdır.
(azərtac)
Tovuzda dəhşət yaşandı - Bıçaqlananlar var…
Bakıda bu bağçada uşaqlara zorakılıq edilir: Döyülür, hədə-qorxu gəlinir - VİDEO - YENİLƏNİB
Şəkidə itlər kütləvi öldürüldü, ittiham olunan icranın nömrəsi də işləmir - VİDEO
Bakıda xanım vətəndaş sürücüləri çuxurdan görün necə qorudu - VİDEO
Zabratda bu küçə palçıq içindədir – Sakinlər əziyyət çəkir - VİDEO
Avtobusu gecikdirən şəxs sərnişinlə kobud danışdı: "Sən kimsən?" - VİDEO
Bakıda nənə və nəvəsini maşın vurdu - YENİLƏNİB
Zirzəmidə gizlədilən qızılları divarı dağıdaraq taladı - 4 il həbs cəzası verildi
Sərnişin üstündə dava hərəkətə maneə oldu - VİDEO
Ceyranbatanda yük maşını yolu keçən piyadanı vurdu - VİDEO
Xalçayuma xidməti adı ilə vətəndaşları aldadırmış - Bir anbar xalça aşkarlandı - VİDEO












