Parkda avtoxuliqanlıq edən sürücü həbs olunub - FOTO + VİDEO

Mingəçevir Şəhər Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə digər hərəkət iştirakçıları üçün ciddi təhlükə yaradan, idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yol hərəkəti qaydalarını kobud şəkildə pozan 20 yaşlı Bürhan Əsədov saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, o, insanların istirahət etdiyi Mingəçevir şəhərində yerləşən “Dostluq” parkına nəqliyyat vasitəsi ilə daxil olaraq ictimai qaydanı nümayişkəranə şəkildə pozub və şəhər ərazisində avtoxuliqanlıq hərəkətləri edərək bu əməlini sosial şəbəkədə paylaşıb.
Həmin şəxs barəsində toplanmış material hüquqi qiymət verilməsi üçün şəhər məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə B.Əsədov sürücülük hüququ 1 il müddətində məhdudlaşdırılmaqla 20 sutka inzibati qaydada həbs edilib.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB














