Parkinq işçisini təhqir edən direktor həbs edilib

Bakıda xidməti vəzifəsini icra edən “Azparking” əməkdaşına qarşı xuliqanlıq edən şəxs məsuliyyətə cəlb edilib. “Qafqazinfo” xəbər verir ki, hadisə Nərimanov rayonu Y.V.Çəmənzəminli küçəsində qeydə alınıb. Gəncə şəhər sakini olan və “Muzey” hoteldə icraçı direktor vəzifəsində işləyən 1994-cü il təvəllüdlü Z.Məmmədov ərazidə parkalanma fəaliyyətinə nəzarət edən əməkdaşa qarşı kobud davranaraq onu təhqir edib.
Belə ki, avtomobilini park edən sürücü ictimai yerdə xidməti vəzifəsini yerinə yetirən “Azparking” işçisinə hər hansı ödəniş etmək fikrində olmadığını deyib. Parklanmanı tənzimləyən şəxs isə sürücüyə mobil tətbiq vasitəsilə ödəniş edə biləcəyini bildirib. Bu zaman Z.Məmmədov onu söyərək təhqir edib.
Hadisə barədə polisə müraciət edildikdən sonra Z.Məmmədov saxlanılıb. Barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq) maddəsi ilə protokol tərtib edilib.
Nərimanov Rayon Məhkəməsinin qərarı ilə ona 10 sutka inzibati həbs cəzası verilib.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












