Parkinqdə nəzarətçini söyən vəzifəli şəxs həbs edilib - Bakıda

Bakıda fəaliyyət göstərən otellərdən birinin icraçı direktoru parkinqə nəzarət edən şəxsi söydüyü üçün həbs olunub. Avtosfer.az qaynarinfo.az-a istinadən xəbər verir ki, hadisə Nərimanov rayonu, Y.V.Çəmənzəminli küçəsində qeydə alınıb.
Belə ki, parklanmaya nəzarət edən şəxs 1994-cü ildə Gəncə şəhərində anadan olmuş, otel direktoru çalışan Sənan Vəliyevdən (ad-soyad şərti) idarə etdiyi evakuatoru parkinqdə saxlamamasını, maşını ərazidən çıxarmasını tələb edib.
Lakin Sənan həmin şəxsin tələbinə məhəl qoymayıb və aralarında mübahisə yaranıb. Bu zaman Sənan parkinqə nəzarət edən şəxsin ünvanına nalayiq ifadələr işlədib.
Polis tərəfindən saxlanılan otel direktoru barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə protokol tərtib edilib və iş məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə Sənan barəsində 10 gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilib.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












