Paytaxtda sürücü atı maşının arxasına bağlayıb yol boyu apardı - AÇIQLAMA -VİDEO - YENİLƏNİB

Bakı kəndlərindən birində heyvana əziyyət verən sürücü görüntülənib. Avtosfer.az-ın məlumatına görə, xoşagəlməz hadisə mayın 14-də axşam saatlarında qeydə alınıb. Belə ki, 90-NT-636 dövlət nömrə nişanlı “Ford” markalı avtomobilin sürücüsü atı iplə maşının arxasına bağlayaaq yol boyu aparıb. Onun nə üçün bunu etdiyi bəlli olmasa da, istənilən halda qəbuledilməzdir.
Qeyd edək ki, video sosial şəbəkədə birmənalı qarşılanmayıb. Əməli törədən sürücü qınaq obyektinə çevrilib.
Xatırladaq ki, sürücü, İnzibati Xətalar Məcəlləsinin 274-cü (heyvanlara qarşı rəhmsiz rəftar edilməsi) və 290.1.2-ci (ev heyvanlarının nəqliyyat vasitələri ilə aparılması şərtlərinin pozulması) maddələrinin tələbini pozub. Əməli törədən şəxs 500 manat məbləğində cərimə oluna bilər.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev hadisəylə bağlı Avtosfer.az-a açıqlama verib. O bildirib ki, məsələ araşdırılır və bu istiqamətdə tədbir görüləcək: “Görüntülərdə əks olunan qayda pozuntusunun məsuliyyəti İnzibati Xətalar Məcəlləsinin heyvanlarla rəhmsiz rəftar edilməsi maddəsinə əsasən tənzimlənir. Həmin sürücünün müəyyən olunaraq inzibati məsuliyyətə cəlb edilməsi istiqamətində tədbir görülür”.
Nərmin
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












