“Piyada zolağından sonra səki yoxdur, ağaclığa giririk” - FOTO - VİDEO

"Xətai rayonu, Nəcəfqulu Rəfiyev küçəsində yerləşən piyada keçidi düz ağaclığın içərisinə çıxır. Avtomobillərin intensiv hərəkətdə olduğu bu ərazidə yolu keçmək piyadaların həyatı üçün ciddi təhlükə yaradır”.
Avtosfer.az xəbər verir ki, bu iddia ilə “Qafqazinfo”ya həmin ərazidə yaşayan sakinlər müraciət ediblər.
Onların sözlərinə görə, keçidi keçəndən sonra heç bir səki, yol qoyulmayıb, nəticədə vətəndaşlar təhlükə ilə üz-üzə qalırlar. Xüsusən uşaq və ya təkərli oturacaqla zolağı keçmək mümkün deyil.
Şikayətçilər daha əvvəl də aidiyyəti qurumlara müraciət olunduğunu, lakin problemin həllini tapmadığını deyirlər: “Sadəcə zolağı rəngləməklə kifayətləniblər”.
Məsələ ilə bağlı Xətai Rayon İcra Hakimiyyətinə müraciət etdik. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, əraziyə yerində baxış keçirilib və müvafiq tədbir görüləcək.


Elektrovozun qarşısına çıxan kişi ÖLDÜ - FOTOLAR
Oğurluq edən keçmiş məhkumlar SAXLANILDI
Qayda pozan piyadanın vecsizliyi sürücünün diqqətindən yayınmadı - VİDEO
DİN əməliyyat keçirdi: Saxlanılan şəxslərin siyahısı - VİDEO
Fira Cəlilovanın evinə basqın edildi - DİN-dən açıqlama - VİDEO
Xaçmazda quma batan maşını çıxarmağa gələn texnikalar da batdı - VİDEO
Bakıxanovda ağac budaqları sürücüləri əks yola çıxmağa məcbur edir - VİDEO
Biləcəridə aylardır qazılan yol sürücüləri tıxacda gözlədir - VİDEO
Xırdalanda avtobus qazılmış yolda ilişib qaldı - VİDEO
Nərimanovda qırılmış ağac təhlükəli vəziyyət yaratdı - VİDEO
Viski içib maşınla qayınatasıgilə getdi; 7 yaşlı uşağı vurub öldürdü











