Polis 35 ölkəyə narkotik satan dəstənin üzvlərini həbs edib

İspaniya polisi külli-miqdarda narkotik vasitənin ticarəti ilə məşğul olan transmilli cinayətkar şəbəkənin üzvlərini həbs edib.
APA-nın xəbərinə görə, ABŞ, Böyük Britaniya, Almaniya, Latviya, Polşa, İtaliya və Dominikan daxil olmaqla, 35 ölkəyə marixuananın ixracı və satışını təşkil edən dəstə öz işini tibbi preparatlar satmaq pərdəsi altında qurub.
Onlar bu üsulla ümumilikdə 645 milyon avro qazanc əldə ediblər.
Şəbəkə dərman vasitəsi adı ilə pərdələdiyi narkotik vasitənin reklam kampaniyası üçün yerli musiqi qruplarının xidmətlərindən istifadə edib.
Polisin məlumatına əsasən, əməliyyat nəticəsində cinayətkar şəbəkənin 58 min 600 avro, eləcə də 116 min 300 avro məbləğlərindəki kriptovalyuta hesabına da həbs qoyulub.
O da qeyd edilib ki, dəstə üzvlərinin 2,6 milyard avroluq daşınmaz əmlakı məhkəmənin qərarı ilə möhürlənib.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












