Polis Rusiya kəşfiyyatına kömək edən şəxsi həbs edib

İngiltərənin şərqindəki Harlou şəhərinin sakini Rusiya kəşfiyyatına kömək etməkdə ittiham olunub. “Report” xəbər verir ki, bu barədə “BBC News” London polisinə istinadən məlumat yayıb.
Məlumata görə, 64 yaşlı Hovard Maykl Fillips Londonun mərkəzində terrorla mübarizə polisi tərəfindən həbs edilib. Onun işinə Vestminster magistrat məhkəməsində baxılacaq.
Bu iş çərçivəsində polis həmçinin Hertfordşir və Esseksdə iki ünvanda axtarış aparıb.
London polisi bildirib ki, bu işdə ictimaiyyət üçün daha geniş təhlükə yoxdur, həmçinin bu həbs 2023-cü il Milli Təhlükəsizlik Aktı ilə irəli sürülən digər istintaq və ittihamlarla bağlı deyil.
Fillips isə məhz polisin insanları onların xarici gücdən gələn təhdidlə əlaqəli fəaliyyətlərdə olduğundan şübhələnmək üçün ağlabatan əsaslar olduğu halda heç bir order olmadan saxlamağa icazə verən bu qanunun müddəasına əsasən həbs edilib.
Polis şübhəlinin hərəkətlərinin təfərrüatlarını açıqlamayıb, lakin onları Birləşmiş Krallıqla bağlı fəaliyyətlərin həyata keçirilməsində xarici kəşfiyyat xidmətinə maddi yardım kimi təsnif edib.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












