Polislə çoban arasında mübahisə: qoyuna görə saxlanıldı

Abşeron rayonu, Novxanı qəsəbəsində magistiral yolda qoyun otaran şəxs saxlanılıb.
Qaynarinfo-nun məlumatına görə, 1983-cü il təvəllüdlü Elvin Cəfərov (ad-soyad-şərti) barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta protokolu tərtib edilib və iş məhkəməyə göndərilib.
Məhkəmədə məlum olub ki, polislər Elvinin Novxanı qəsəbəsində avtomobil yolunun üzərində qoyun otardığını görüb, həmin şəxsə yaxınlaşaraq özlərini təqdim edib və ona etdiyi əməlin inzibati xəta olduğunu deyərək irad bildiriblər. Həmin şəxs isə polislərə özü haqqında heç bir məlumat verməyəcəyini deyib və aqressiv hərəkətlər edib.
Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs hadisə günü spirtli içki qəbul etdiyini və əsəbi olduğunu vurğulayıb. Əməlindən peşman olduğunu deyib və barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş edib.
Məhkəmənin qərarı ilə o, İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib və 8 gün müddətinə həbs növündə inzibati tənbeh tədbiri tətbiq olunub.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












