Prokurorluq genişmiqyaslı transmilli cinayətin üstünü açıb

Gürcüstan prokurorluğu Fransa, İsveçrə və Litvanın səlahiyyətli orqanlarının iştirakı ilə irimiqyaslı transmilli cinayətin üstünü açıb. Mütəşəkkil cinayətkar dəstənin dörd üzvü saxlanılıb. Avtosfer.az “Azərtac”a istinadən xəbər verir ki, bu barədə Gürcüstan prokurorluğu məlumat yayıb. Bildirilir ki, Eurojust təşkilatının dəstəyi ilə yaradılmış beynəlxalq istintaq qrupu tərəfindən keçirilən əməliyyatın məqsədi Avropa ölkələrinin kitabxanalarından oğurlanmış bahalı kitabların tapılması olub.
İstintaqla müəyyən olunub ki, 2022-ci ilin əvvəlindən Gürcüstan vətəndaşları mütəşəkkil cinayətkar qrup yaradaraq, XIX əsrə aid müxtəlif müəlliflərin bahalı kitablarını Avropa miqyasında gizli şəkildə ələ keçiriblər. Mütəşəkkil dəstənin üzvləri saxta şəxsiyyət vəsiqələrindən, qondarma ad və soyadlardan, habelə əvvəlcədən hazırlanmış saxta kitab nümunələrindən istifadə edərək, orijinalları dəyişdiriblər.
Həmin şəxslərə aid mənzillərdə böyük məbləğdə pul və yüzlərlə oğurlanmış kitab aşkarlanıb.
Əvvəlcədən hazırlanmış cinayət planına əsasən, mütəşəkkil dəstənin üzvləri XIX əsrin klassik yazıçılarının kitablarını oxumaq üçün Fransa, Almaniya, Latviya, Litva, Estoniya, İsveçrə, Polşa Çexiya və digər ölkələrin milli və universitet kitabxanalarına götürməli idilər. Dəstə üzvləri onları gizli şəkildə ələ keçirərək orijinal kitabları yüksək keyfiyyətli saxta nüsxələrlə əvəz ediblər.
Bu yolla 2022-2023-cü illərdə Avropanın müxtəlif şəhərlərindəki kitabxanalardan ümumilikdə yüz minlərlə avro dəyərində olan kitablar gizli şəkildə ələ keçirilib.
Saxlanılan şəxsləri 6 ildən 10 ilə qədər həbs cəzası gözləyir.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












