Qadınların başına taksidə görün nə iş gəldi: Biri öldü - VİDEO

5 ay əvvəl Zığ şosesində 1980-ci il təvəllüdlü Süleyman Bağırovun idarə etdiyi “Toyota Prius” markalı avtomobillə törətdiyi dəhşətli qəza ilə bağlı məhkəmə prosesi yekunlaşıb.
Avtosfer.az xəbər verir ki, Suraxanı rayon Məhkəməsində keçirilən prosesdə S.Bağırov Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə mühakimə edilib.
Bildirilib ki, dekabrın 12-də Süleymanın “Yango” proqramı üzrə taksi kimi sürdüyü avtomobil Zığ yolunda “Tata” markalı evakuatora çırpılıb. Nəticədə “Toyota Prius”dakı sərnişin, ön oturacaqda əyləşmiş 2001-ci il təvəllüdlü Ramilə Ramil qızı Əlizadə aldığı xəsarətlərdən 3 Saylı Kliniki Xəstəxanada ölüb. Onunla birgə taksidə olan digər iki xanım sərnişin isə xəsarət alıb. Məlum olub ki, qəzaya düşən qadınlar gözəllik salonunda birgə çalışıb və hadisə vaxtı taksi ilə Mərdəkandan Əhmədliyə gedirmiş.
Barəsində cinayət işi açılmış sürücü Süleyman Bağırov ifadəsində bildirib ki, həmin gün hava soyuq olduğundan avtomobilin sobasını qoşub və maşında oksigen çatışmazlığı yaranıb: “12 dekabr 2023-cü il tarixdə saat 11:00 radələrində Mərdəkandan Əhmədliyə sifariş gəldi və qəbul etdim. Avtomobilə 3 qadın əyləşdi. Adının sonradan Ramilə olduğunu bildiyim qadın ön sağ oturacaqda, digər tanımadığım iki qadın isə arxada əyləşdi. Zığ şosesi ilə üzü Əhmədli istiqamətində hərəkətə başladım, maşını saatda təxminən 80-85 kilometr sürətlə idarə edirdim. Yolda hərəkətdə olarkən avtomobilin içərisində olan havanın soyuq olduğunu hiss etdim, istiliyini qaldırdım. Bir qədər getdikdən sonra avtomobildə oksigen çatışmazlığı hiss etdim və bir anlıq diqqətim yoldan yayındı. Həmin vaxt avtomobilin ön sağ hissəsi evakuatora çırpıldı”.
Qeyd edək ki, hadisədən sonra əraziyə FHN əməkdaşları gəlib və Ramil Əlizadəni ağır vəziyyətdə əzilmiş maşından çıxarıblar.
Ramilə Əlizadənin anası məhkəmədə sürücüyə ağır cəza verilməsini tələb edib.
Suraxanı rayon Məhkəməsi S.Bağırovu Cinayət Məcəlləsinin 263.2-ci maddəsi üzrə təqsirli bilib. O, 2 il 6 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 5 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
Hadisə yerindən video:
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












