Qatar yoluna qəfil çıxdı, ağır yaralandı - YENİLƏNİB

Astarada piyadanı qatar vurub.
Avtosfer.az xəbər verir ki, hadisə rayonun Qamışoba kəndində, dəmir yolu stansiyasına yaxın ərazidə baş verib.
Belə ki, rayonun Şahağacı kənd sakini 1990-cı il təvəllüdlü Məhərrəm Ağaboli oğlu Quliyev dəmir yolu xəttini keçmək istəyərkən qatar onu vurub.
Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılan piyada ayaqlarından ağır travma aldığı üçün təcili əməliyyata alınıb.
Faktla bağlı araşdırma aparılır.
***
M.Quliyevin bir ayağının barmaqları, digər ayağının topuqdan aşağı hissəsi amputasiya olunub.
Hazırda onun müalicəsi xəstəxananın reanimasiya şöbəsində davam etdirilir.
***
“Azərbaycan Dəmir Yolları” QSC-dən bildirilib ki, bu gün saat 02:15 radələrində Astara–Qamışlıq sahəsində qatar hərəkətdə olarkən orta yaşlı kişi qəfil qatarın yoluna çıxıb.
Maşinist tərəfindən təcili tormozlama aparılsa da, məsafə az olduğundan toqquşma qaçılmaz olub.
“İlkin məlumata görə, xəsarət almış şəxs xəstəxanaya yerləşdirilib. ADY bir daha insanlara çağırış edərək onları dəmir yolu xətlərini yalnız müəyyən edilmiş yer və piyada keçidlərindən keçməyə, həyatlarını riskə atacaq hərəkətlərdən çəkinməyə çağırır.
Qaydalara riayət etmək hər bir vətəndaşın borcudur və onları pozmaq inzibati məsuliyyət yaradır. Unutmayın ki, yol həmişə qatarındır”, - məlumatda qeyd olunub.
Xarab olan avtomobilin sürətlər qutusunu yolun ortasında sökdü; sıxlıq yarandı - VİDEO
Bakıda skuter sürücüsü avtomobil yolunda təhlükəli hərəkətlər etdi - VİDEO
Yeni Günəşliyə təzə yol çəkdilər, amma zolaqları bölə bilmədilər - VİDEO
Siqaretə görə anasına yeddi bıçaq zərbəsi vurdu - Masallıdakı cinayətin təfərrüatı
Yeni Günəşlidə insident: İki nəfər əlbəyaxa oldu - ANBAAN VİDEO
Ceyranbatanda bir neçə şagird rotavirusa yoluxub - RƏSMİ - YENİLƏNİB
Ağ Şəhərdəki tramplinlə bağlı AAYDA-dan RƏSMİ CAVAB - VİDEO
Ziya Bünyadov prospektindəki problem sürücülərə baha başa gəlir - VİDEO
Qaradağın bu qəsəbəsi palçığa qərq olub – Sakinlər çıxış yolu gözləyir - VİDEO
Telefonla danışan maşinist 79 nəfəri ölümə apardı - FOTO - VİDEO
Bakıda məktəbdə hadisə: ÖLƏN VAR - YENİLƏNİB












