Oğurladıqları 10 min dolları torpağa basdıran şəxslər tutuldu - FOTO - VİDEO

Qax rayonu Almalı kəndi ərazisində yerləşən evlərin birindən oğurluq edilib. Polis Şöbəsinə müraciət edən zərərçəkən 9300 ABŞ dolları və 4 min manat pulunun, eləcə də qızıl-zinət əşyalarının oğurlandığını bildirib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Şəki rayon sakinləri-Şahid Balliyev və əvvəllər də analoji cinayət əməlinə görə məhkum olunmuş Nicat Abdulkərimov tutularaq istintaqa təhvil veriliblər.
Aparılan araşdırmalar zamanı müəyyən edilib ki, əvvəllər zərərçəkənin fermasında çoban işləyən Şahid Balliyev Bakıda kirayədə yaşadığı Nicat Abdulkərimovla əlbir olaraq gecə saatlarında həmin şəxsin yaşadığı ünvana daxil olublar. Pul və qızılları götürdükdən sonra Şəki rayonuna qayıdan dostlar 4 min manatı öz aralarında bölüblər, ABŞ dollarını isə bankaya qoyaraq iz itirmək məqsədilə N.Abdulkərimovun yaşadığı ünvanda torpağa basdırıblar. Keçirilmiş tədbirlərlə qızıl-zinət əşyaları və torpağa basdırılmış pullar onlardan maddi sübut kimi götürülüb.
Şahid Balliyevin izahatı alınarkən onun yanvar ayında da həmin evdən 10 000 manat pul oğurladığı və bundan sonra Bakı şəhərinə gedərək restoranlarda xərclədiyi məlum olub.
Azərbaycanlıların olduğu daha bir gəmiyə dron hücumu - VİDEO - FOTO
Sumqayıtda tapılan telefon iki dostu düşmən etdi: Qanlı hadisənin təfərrüatı
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
















