Qazaxıstan AZAL təyyarəsinin qəzası ilə bağlı hesabat yaydı

Qazaxıstan Nəqliyyat Nazirliyi AZAL şirkətinə məxsus Embraer 190 4K-AZ65 təyyarəsi ilə bağlı aviasiya hadisəsinin ildönümü ilə əlaqədar məlumat yayıb. Avtosfer.az-ın APA-ya istinadən xəbərinə görə, məlumatda deyilir ki, Qazaxıstan Nəqliyyat Nazirliyi tərəfindən yaradılmış Aviasiya Hadisələrinin Araşdırılması Komissiyası Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) Konvensiyasının 13-cü əlavəsinin 6.6 standartına və Qazaxıstan Respublikasının Mülki və Eksperimental Aviasiyada Aviasiya Hadisələrinin və İnsidentlərinin Araşdırılması və Məlumatların Təqdimatı Qaydalarının 94-cü bəndinə uyğun olaraq “Azerbaijan Airlines” şirkətinə məxsus Embraer 190 4K-AZ65 təyyarəsi ilə 25 dekabr 2024-cü il tarixində Aktauda baş vermiş aviasiya hadisəsinin ildönümü ilə bağlı aralıq hesabat hazırlayıb. Aralıq hesabat Qazaxıstan Respublikasının Nəqliyyat Nazirliyinin saytında yerləşdirilib.
Bildirilir ki, ICAO-nun 13-cü əlavəsinin müddəalarına əsasən, aviasiya hadisəsinin yalnız bir məqsədi var: gələcəkdə oxşar halların qarşısını almaq.
Qeyd edilib ki, bu fəaliyyətin məqsədi heç kimin günahını və ya məsuliyyətini müəyyən etmək deyil.
O da qeyd olunub ki, Komissiya tərəfindən aparılan araşdırma ilə yanaşı, Qazaxıstan Respublikasının hüquq-mühafizə orqanları tərəfindən cinayət araşdırması da aparılır. Bununla yanaşı, ICAO 13-cü əlavəsinin 5.4.1 Standartına əsasən – bu əlavənin müddəalarına uyğun aparılan hər bir araşdırma, heç kimin günahını və ya məsuliyyətini müəyyən etməyə yönəlmiş hər hansı məhkəmə və ya inzibati araşdırmadan ayrılıqda aparılır. Qaydaların 97-ci bəndinə əsasən, aviasiya hadisəsi ilə bağlı bütün məlumatlar araşdırmada iştirak edən şəxslər tərəfindən uçuş təhlükəsizliyini artırmaq məqsədilə düzəldici tədbirlər və ya hərəkətlər həyata keçirmək üçün istifadə oluna bilər.
Araşdırmanın gedişi barədə məlumatlar araşdırma başa çatana qədər üçüncü şəxslərə açıqlanmır. Aviasiya hadisəsinin araşdırmasının yekun müddəti bütün təyin olunmuş tədqiqatların və işlərin başa çatma vaxtından asılıdır. Hadisənin səbəbləri və ya onu təşviq edən amillər, həmçinin uçuş təhlükəsizliyi ilə bağlı tövsiyələr yekun hesabatda təqdim olunacaq.
Sürücünü çaş-baş salan piyada maşına çırpılmaqdan son anda qurtuldu - VİDEO
Bu yolda dərin çuxur var: Sürücülər son anda sərt manevrlə canlarını qurtarır - VİDEO
70 yaşlı ölü tabutda dirildi: ŞOK HADİSƏ
Azərbaycanda ZƏLZƏLƏ OLUB
Nərimanovda binada yanğın baş verib - VİDEO
Bərdə sakininin Ağdamda QUYUYA DÜŞÜB
Benzin satışına yeni LİMİT- BU ÖLKƏDƏ
Sumqayıtda məşhur su kanalına yenə zibil atırlar - FOTO
TIR-ın kabinində qəribə hadisə: sürücünün ayağı sükanın arasında sıxışdı – VİDEO
Bakıda uşaq skuterlə maşın yoluna çıxaraq təhlükə yaradıb - VİDEO
Qırmızı işıqda keçən piyada hələ sürücüyə “dərs” də verdi - VİDEO












