Qazaxıstanda Nazarbayevin qardaşı oğlu saxlanılıb

Qazaxıstan Korrupsiyaya Qarşı Mübarizə Xidmətinin əməkdaşları ölkənin birinci prezidenti Nursultan Nazarbayevin qardaşı oğlu Kayrat Satıbaldıulını saxlayıblar. O, külli miqdarda vəsaiti mənimsəməkdə şübhəli bilinir.
Avtosfer.az bildirir ki, bu barədə Korrupsiyaya Qarşı Mübarizə Xidmətinin mətbuat idarəsi məlumat yayıb.Kayrat Satıbaldıulı barəsində vəzifə səlahiyyətlərindən sui-istifadə və "Kazaktelekom" SC-nin xüsusilə külli miqdarda vəsaitlərinin mənimsənilməsi faktları üzrə araşdırma aparılır. O, saxlanılaraq müvəqqəti saxlama təcridxanasına yerləşdirilib. Mətbuat xidmətindən bildiriblər ki, onun dövlətin təhlükəsizliyinə xələl gətirən digər cinayətlərdə əlinin olub-olmadığı yoxlanılır. Qeyd edək ki, Kayrat Satıbaldıulı 1970-ci ildə anadan olub. Bu illər ərzində o, Milli Təhlükəsizlik Komitəsində, hakim Nur Otan partiyasında (indiki Əmanət partiyası) müxtəlif vəzifələrdə çalışıb, bizneslə məşğul olub.
Azərbaycanlıların olduğu daha bir gəmiyə dron hücumu - VİDEO - FOTO
Sumqayıtda tapılan telefon iki dostu düşmən etdi: Qanlı hadisənin təfərrüatı
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ












