Qəbiristanlıqdan 3 min manatlıq məhəccər oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Hadisə
12 Fevral 2022 16:28

Şamaxı Rayon Polis Şöbəsinə yanvarın 30-na keçən gecə Həmyəli kəndi ərazisindəki qəbristanlıqda qəbirilərdən birinin ətrafına çəkilmiş 3000 manat dəyərində məhəccərin oğurlanması barədə məlumat daxil olub.
Daxili İşlər Nazirliyindən (DİN) Avtosfer.az-a verilən məlumata görə, daxil olan məlumat əsasında polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən rayon sakinləri Ş.Şıxməmmədov və əvvəllər də oğurluğa görə məhkum olunmuş Ə.Alışov müəyyən edilərək saxlanılıb. Ətraflarında aparılan tədbirlərlə onların həmin qəbiristanlıqda daha 2 qəbirin ətrafına çəkilmiş məhəccərləri və Sabir qəsəbəsi ərazisində yerləşən şərab zavodundan 5 ədəd kondisioner oğurlamaları da müəyyən edilib.
Oxunub : 1290
DİGƏR XƏBƏRLƏR
15 Noyabr 2026 13:04
Azərbaycanlıların olduğu daha bir gəmiyə dron hücumu - VİDEO - FOTO
15 Noyabr 2026 09:13
Sumqayıtda tapılan telefon iki dostu düşmən etdi: Qanlı hadisənin təfərrüatı
14 Noyabr 2026 23:00
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
13 Noyabr 2026 22:29
Sumqayıtda zavodda qanlı hadisə
13 Noyabr 2026 21:59
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
13 Noyabr 2026 17:48
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
13 Noyabr 2026 15:44
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
13 Noyabr 2026 15:18
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
13 Noyabr 2026 13:30
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
13 Noyabr 2026 11:11
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
13 Noyabr 2026 10:23
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
13 Noyabr 2026 09:36
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
ŞƏRH YAZ












