Banner

Qəzalı evlərlə bağlı hökumətə müraciət edilib

Hadisə 28 Fevral 2022 19:00 Oxunub 1666
Qəzalı evlərlə bağlı hökumətə müraciət edilib
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Şamaxı, İsmayıllı və Ağsu rayonlarında 2019-cu ildə baş vermiş zəlzələ nəticəsində dəymiş ziyanın müəyyən edilməsi üzrə komissiyalar fəaliyyətini yekunlaşdırıb.

Avtosfer.az xəbər verir ki, bu, parlamentin İnsan hüquqları komitəsində 1 martda müzakirəyə çıxarılacaq Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) 2021-ci il üzrə məruzəsində əksini tapıb.  Bildirilib ki, 2019-cu ildə Şamaxı, İsmayıllı və Ağsu rayonlarında baş vermiş zəlzələ nəticəsində evləri qəzalı vəziyyətə düşmüş bir sıra vətəndaşlardan Ombudsmanın ünvanına daxil olmuş müraciətlərdə müvafiq komissiyalar tərəfindən evlərinə baxış keçirilməməsi, müraciətlərinin təmin edilməməsi, ziyanın aradan qaldırılması üzrə tədbirlərin görülməməsi kimi hallar öz əksini tapıb. Həmin şikayətlərlə bağlı Ombudsman tərəfindən müvafiq yerli icra hakimiyyəti orqanlarına ünvanlanmış sorğulara verilən bir çox cavablarda zəlzələ ilə əlaqədar müvafiq rayona ezam olunmuş Fövqəladə Hallar Nazirliyinin komissiyası tərəfindən zəlzələ nəticəsində yaşayış evlərinə, sosial və infrastruktur obyektlərinə dəymiş ziyanın müəyyən olunması üzrə aparılan işlər yekunlaşdığına və müvafiq vətəndaşlar həmin müddət ərzində aidiyyəti üzrə müraciət etmədiklərinə görə onlara köməklik göstərilməsinin imkan xaricində olduğu bildirilib. Fövqəladə Hallar Nazirliyi tərəfindən verilmiş cavablarda isə göstərilib ki, yerli icra hakimiyyəti orqanının təqdim etdiyi siyahılar əsasında nazirliyin mütəxəssislərindən ibarət komissiyalar tərəfindən altı ay ərzində zəlzələ bölgəsində ziyan dəymiş evlərə baxışlar keçirilib və müvafiq aktlar tərtib edilmiş, lakin həmin komissiyaların fəaliyyəti yekunlaşdığına görə bununla bağlı müraciət edən vətəndaşlara köməklik göstərilməsi mümkün deyil: “Aydındır ki, zəlzələ nəticəsində evləri qəzalı vəziyyətə düşmüş vətəndaşlar müvafiq komissiyaların yalnız 6 ay müddətində fəaliyyət göstərəcəyindən məlumatsız olublar. 2019-cu ildə Şamaxı, İsmayıllı və Ağsu rayonlarında baş vermiş zəlzələ nəticəsində dəymiş ziyanın müəyyən edilməsi üzrə komissiyaların fəaliyyətinin yekunlaşdırılması və müvafiq müddət ərzində aidiyyəti üzrə müraciət edilməməsi səbəbindən qeydiyyata alınmayan, mövcud problemdən əziyyət çəkən vətəndaşların qəzalı vəziyyətdə olan evinin bərpa edilməsi, yaxud da yenidən tikilməsi üzrə tədbirlərin görülməsi məqsədi ilə Ombudsman Nazirlər Kabinetinə müraciət edib”. Məruzədə qeyd olunub ki, ötən dövrlərdə baş vermiş təbii fəlakətlər nəticəsində fərdi yaşayış evlərinə dəymiş ziyanın aradan qaldırılması məqsədilə zəruri maliyyə vəsaitinin ayrılmasına ehtiyac var. Ombudsman hesab edir ki, bu və ya digər səbəblərdən müvafiq komissiyaların fəaliyyətinin yekunlaşması təbii fəlakət nəticəsində qəzalı vəziyyətə düşmüş evlərin diqqətdən kənarda qalmasına əsas vermir. Bu baxımdan, müvafiq rayonların bir sıra sakinlərinin üzləşdikləri mövcud problemin həlli məqsədi ilə komissiyaların işinin bərpa edilməsi, yerli icra hakimiyyəti orqanlarının və onların müvafiq inzibati ərazi vahidləri üzrə nümayəndələrinin iştirakı ilə qəzalı vəziyyətdə olan evlərin aşkar edilərək qeydiyyata alınması, habelə bərpası üzrə tədbirlərin görülməsi son dərəcə zəruridir: “Göstərilənlərlə yanaşı, mülkiyyətin istər təbii fəlakətlərdən, istərsə də bədbəxt hadisələrdən, o cümlədən yanğın hallarından sığortalanması məqsədi ilə respublikanın müxtəlif regionlarında yerli icra hakimiyyəti başçılarının inzibati ərazi vahidləri üzrə nümayəndəlikləri və bələdiyyələr tərəfindən əhalinin maarifləndirilməsi üzrə iş aparılmasına da diqqət yetirilməlidir”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh