Qırılan ağac 3 gündür yoldan yığışdırılmır - FOTO

Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi küləkli hava şəraitinə görə 52 ədəd ağac və budaq qırılması faktının aşkarlandığını açıqlamışdı.
Avtosfer.az “Bakupost”a istinadən xəbər verir ki, belə hadisələrdən biri də Tbilisi prospekti, 56 ünvanında baş vermişdi.
Hadisənin üstündən bir neçə gün keçsə də, qırılmış ağac hələ də piyada səkisindən yığışdırılmayıb. Bu isə həmin yolda gediş-gəlişə mane olur. Küçə işıqları sıradan çıxdığından xüsusən də axşam saatlarında yaxınlıqdakı liseydən dərsdən qayıdan uşaqlar yolu keçməkdə çətinlik çəkirlər.
Onu da qeyd edək ki, yağışlı havalarda həmin ərazidə tez-tez oxşar hadisələr baş verir. Ərazidəki bir çox ağacların budağı quruyub. Onlar hər an məktəblilərin, eləcə də yaxınlıqdakı iş yerlərində çalışanların üzərinə aşa və bədbəzt hadisəyə səbəb ola bilər.
Hadisə yerindən fotoları təqdim edirik:








Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












