Qız sevgilisi ilə marketin damını söküb oğurluq etdi - AZƏRBAYCANDA

Yevlax rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə marketlərin birindən oğurluq etməkdə şübhəli bilinən Mingəçevir şəhər sakinləri, əvvəllər də oğurluq əməlinə görə təqsirləndirilən 18 yaşlı Ağca Bayramova və sevgilisi 24 yaşlı İlkin Əliyev müəyyən edilərək saxlanılıblar.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Bərdə regional qrupundan Avtosfer.az-a bildirilib ki, araşdırma zamanı məlum olub ki, onlar rayonun Xaldan kəndi ərazisindəki marketin damından içəri daxil olaraq tütün məmulatları, danışıq kartları və məişət əşyaları oğurlayıblar. Araşdırmalarla onların zərərçəkmiş şəxsə 5550 manatdan artıq miqdarda ziyan vurduqları aşkar olunub. Faktla bağlı Yevlax rayon Polis Şöbəsində adıçəkilən şəxslər barəsində araşdırmalar davam etdirilir.
Sumqayıtda tapılan telefon iki dostu düşmən etdi: Qanlı hadisənin təfərrüatı
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ












