Qızının nişanı qayıtdığı üçün arvadının boğazını kəsdi - VİDEO

Həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Zaman Zeynalovun cinayət işi üzrə ilk məhkəmə baxış iclası keçirilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Kərimovun sədrliyi ilə baş tutan prosesdə prokuror Elvin Mirzəyev təqsirləndirilən şəxsə ittiham aktını elan edib. Zaman Zeynalov ona qarşı irəli sürülən ittihamla özünü təqsirli bilib. O, məhkəmədə ifadə verərkən bildirib ki, həyat yoldaşı Pərvanə Zeynalovanı Qobustan qəsəbəsində bıçaqla qətlə yetirib. Səbəb isə hər dəfə aralarında yaranan mübahisə zamanı həyat yoldaşının mütəmadi polisə şikayət etməsi və onun ünvanına təhqiramiz ifadələr işlətməsi olub.
Sonuncu mübahisə zamanı isə həyat yoldaşının ona "sən nə kişisən?" ifadəsini işlətməsi Zaman Zeynalovu özündən çıxarıb.
Qeyd edək ki, Zaman Zeynalov əvvəllər də Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə iki dəfə məhkum olunub. Ər-arvad arasında son vaxtlar yaranan mübahisələrin əsas səbəbi isə onların yenicə nişanı qayıtmış qızları ilə bağlı söz-söhbətlər olub. Zaman Zeynalov qızının nişanı qayıtmasına görə Pərvanə Zeynalovanı günahlandırıb.
Beləliklə, 1970-ci il təvəllüdlü Zaman Zeynalovun aralarında yaranmış mübahisə zamanı arvadı 50 yaşlı Pərvanə Zeynalovaya bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Zaman Zeynalova qarşı Cinayət Məcəlləsinin 120.1 - qəsdən adam öldürmə maddəsi ilə ittiham irəli sürülüb.
Ətraflı Baku TV-nin süjetində:
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












