Qohumluqdan imtina etmək Şəmkir sakininə baha başa gəldi: 190 minlik məhsulu yandırıldı - VİDEO

Şəmkirdə ot tayasını yandırmaqda şübhəli bilinən şəxs saxlanılıb
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, 2021-ci ilin dekabr ayının 26-da Şəmkir rayon Polis Şöbəsinin Kür Polis Bölməsinə rayonun Qapanlı kəndində yerləşən fermalardan birində yanğın olması barədə məlumat daxil olub. Polis əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar həyata keçirib. Araşdırmalar zamanı məlum olub ki, fermadakı ot tayası naməlum şəxs və ya şəxslər tərəfindən yandırılıb. Keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində vətəndaşa məxsus, ümumi dəyəri 190 000 manat olan 60 000 ədəd arpa və yonca ot bağlamalarını yandırmaqda şübhəli bilinən Qapanalı kənd sakini Abbas Heydərov saxlanılıb. Saxlanılan şəxs ifadəsində ferma sahibinin kirvə qohumluğundan imtina etdiyinə görə hadisəni törətdiyini etiraf edib. Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Sumqayıtda həyat yoldaşını qətlə yetirən şəxs qazisi imiş - DETALLAR - VİDEO
Bloger tərəfindən təhqir olunan şəhid anası nazirə müraciət etdi - YENİLƏNİB
Suraxanıda yaşayış evində uçqun olub, ölən və yaralı var - VİDEO
Abşeronda binada partlayış baş verib: Xəsarət alan var - VİDEO
Bakıda avtobus ağır qəzaya düşdü - Yaralılar var - VİDEO - YENİLƏNİB
Ağdamda 15 yaşlı qız oğlana qoşulub qaçdı - Polis 2 gün sonra tapdı
Kristal Abşeronun həyətində xaos: Hərəkət çətinləşdi - FOTO
Avtobus palçıqlı yolda batdı - VİDEO
Gəncədə itə qarşı amansızlıq: İşgəncəyə məruz qalan heyvan öldü - VİDEO
Gənc qadın 90-lıq yolda təhlükəli anlar yaşatdı - ANBAAN VİDEO
Maşında həyat yoldaşına şiddət göstərən rəqqas SAXLANILDI - VİDEO - YENİLƏNİB












