Qonşusuna "Mercedes" vəd etdi, aldığı pulları şəxsi ehtiyaclarına xərclədi

Bakıda avtomobil gətirmək adı ilə dələduzluq hadisəsi baş verib. Avtosfer.az-ın "Qaynarinfo"ya istinadən məlumatına görə, məhkəmə materiallarında qeyd edilir ki, təqsirləndirilən Cavid İsayev (şərti) qonşuluq münasibətində olduğu şəxsin etibarından istifadə edərək ona münasib qiymətə "Mercedes-Benz GLE” markalı avtomobil gətirəcəyini vəd edib.
Zərərçəkmiş şəxs 2023-cü ilin sentyabr ayında avtomobil almaq istədiyini bildirib və bu məsələdə ondan kömək istəyib. Təqsirləndirilən şəxs isə 45-50 min manat aralığında bütün xərclər daxil olmaqla avtomobili gətirə biləcəyini deyərək qarşı tərəfin etimadını qazanıb.
Bundan sonra zərərçəkmiş müxtəlif vaxtlarda onun bank kartına 5 min, 2 min, 1 min və daha 1 min manat köçürüb. Sonrakı görüşlər zamanı isə 2 min və 1250 manat məbləğində nağd pul verib. İttihama görə, bu yolla ümumilikdə 12 min 250 manat pul ələ keçirilib. Avtomobil isə gətirilməyib.
Cinayət işində yer alan digər epizod Rusiyaya işçi göndərilməsi vədi ilə bağlı olub. İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs tanışı ilə birlikdə bir nəfərə Rusiyanın Tümen şəhərində təmir-tikinti işlərində çalışmaq üçün 12 nəfərlik elektrik və santexnik briqadası təşkil edəcəklərini bildirib. Onlar işçilərə beh verilməsi adı ilə zərərçəkmişdən 3 min manat alıblar. Lakin sonradan vəd edilən işçilər göndərilməyib, alınan pul da geri qaytarılmayıb.
Məhkəmə iclasında təqsirləndirilən şəxs özünü qismən təqsirli bilib. O, avtomobil almaq istəyən qonşusundan pul aldığını təsdiqləsə də, ittihamda göstərilən məbləğin tam şəkildə alınmasını qəbul etməyib. Bildirib ki, aldığı vəsaiti şəxsi ehtiyaclarına xərclədiyi üçün vaxtında qaytara bilməyib.
Rusiyaya işçi göndərilməsi ilə bağlı epizod üzrə isə 3 min manatdan yalnız 600 manat götürdüyünü deyib.
Məhkəmə təqdim olunan sübutları araşdırdıqdan sonra təqsirləndirilən şəxsin dələduzluqda təqsirli olduğu qənaətinə gəlib. Hökmlə ona 3 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilib.
Bundan əvvəl başqa cinayət işi üzrə təyin edilmiş 4 illik həbs cəzası ilə hazırkı cəza qismən birləşdirilib və yekunda 4 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzası müəyyən olunub.
Həbsdə saxlanıldığı müddət nəzərə alındıqdan sonra onun üzərində qəti olaraq 3 il 10 ay 25 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılıb.
Bakıda sürücünün zərərsizləşdirildiyi an - VİDEO
Bakıda ŞOK cinayət - Basqın edildi - FOTO - VİDEO
Şəhid xanımı qətlə yetirildi - Qayınatası saxlanıldı - FOTO
Polis əməliyyat keçirdi; onlayn qumar və kazino oyunları ifşa edildi - VİDEO
Keçiddə dayanıb taksi gözləyən yaşlı kişi sürücünü çaşdırdı - VİDEO
Başı söhbətə qarışan valideynlər uşağı ölüm təhlükəsi ilə üz-üzə qoydu - VİDEO
Azərbaycanda yaşlı şəxs yaponiyalı turistə qarşı qeyri-etik hərəkət etdi - VİDEO
Çörək daşıyan yük avtomobili yanıb - FOTO
Naxçıvanda selə düşən şəxs belə xilas edildi - VİDEO
Sel körpünü dağıtdı: Əsas yol bağlandı - VİDEO
Bakıda cinayətkar dəstə saxlanıldı: İkisi qardaşdır - FOTO - VİDEO










