Qubada qoza görə dava edən kişi və qadın cərimələndi

Quba rayonunun Gədikqışlaq kəndində qoz bağlarında fəhlələr arasında dava ilə bağlı məhkəmə qərar verib. Avtosfer.az “Qaynarinfo”ya istinadən məlumatına görə, fəhlələr arasında bağdan icazəsiz qoz aparmaq istəmələri səbəbindən mübahisə yaranıb. Mübahisə davaya çevirilib. Bu zaman iki nəfər xəsarət alıb.
Belə ki, 1998-ci ildə Gədikqışlaq kəndində anadan olmuş Fərid həmin bağda fəhlə işləyib. Onun atası Fazil isə bağın nəzarətçisi olub.
Bağda fəhlə işləyən qızlar atasından icazə almadan qoz aparmaq istəyəndə Fərid etirazını bildirib. Bu zaman aralarında sözlü mübahisə baş verib, daha sonra davaya çevrilib.
Dava zamanı Nərgiz adlı qadın Fəridin üstünə gedərək, baş nahiyəsinə bir neçə dəfə vurub. Sonra digər qadınlar onları ayırıblar. Dava zamanı xəsarət alan Nərgiz və Fərid bir-birindən polisə şikayət ediblər.
Məhkəmə hər iki şəxsi İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən, 300 manat cərimə edib.
Bakıda məktəbdə hadisə: ÖLƏN VAR - YENİLƏNİB
Özünü maşınların önünə atan qadın az qala vurulacaqdı - VİDEO
Xırdalanda iki həftədir düzəlməyən işıqfor qəza riski yaradır - VİDEO
Səbailin icra başçısı inzibati xəta törədib - Cərimə oluna bilər
Qobuda qaranlıq küçələr, əyilmiş dirəklər – Təhlükə göz görə-görə qalır - VİDEO
Yaşıl işıqda “yatan” sürücü arxadakı maşınları gözlətdi - VİDEO
Bakıda işıq olmadığlı üçün "svetafor" işləmədi - Sıxlıq yarandı - VİDEO
Xırdalanda sürücülərin kabusuna çevrilən yol: Hər an ağır qəza ola bilər - VİDEO - YENİLƏNİB
Tovuzda dəhşət yaşandı - Bıçaqlananlar var…
Bakıda bu bağçada uşaqlara zorakılıq edilir: Döyülür, hədə-qorxu gəlinir - VİDEO - YENİLƏNİB
Şəkidə itlər kütləvi öldürüldü, ittiham olunan icranın nömrəsi də işləmir - VİDEO












