Qusarda qadın ərini döydü

Qusar rayonunda 1976-cı il təvəllüdlü Tamara ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Tehrana (adlar şərti verilib – red.) xəsarət yetirib.
Avtosfer.az xəbər verir ki, hadisə Qusar rayonunun kəndlərindən birində baş verib. Tamara yaşadığı evdə əri Tehranın kürəyinə ağac parçası ilə bir neçə dəfə zərbə vurub. Daha sonra arxadan itələyərək ona qəsdən xəsarət yetirib.
Hadisəni törədən Tamaranın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Tamara ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, hadisə günü, saat 13 radələrində yaşadığı evə sərxoş vəziyyətdə gəlmiş əri Tehran ilə aralarında yaranmış mübahisə zamanı ağac parçası ilə bir neçə dəfə sonuncunun kürək nahiyəsinə vurub:
"Daha sonra arxadan onu itələdikdə sol qaşüstü nahiyəsi şüşəbəndin qapı çərçivəsinə dəyməsi nəticəsində xəsarət aldı. Hazırda törətdiyim əməlindən səmimi peşmançılıq hissi keçirmişəm".
Bu cinayət işinə Qusar Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb.
Bu səbəbdən Tamaranın barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.
(demokrat.az)
Mingəçevirdə “Mercedes” qəfil alışıb yandı - VİDEO
Qaradağda evakuator və daşıdığı avtomobil yanaraq kül oldu - VİDEO
15 qız yanaraq öldü, polis yanğınsöndürənləri binaya buraxmadı - FOTO
Bakı-Sumqayıt yolunda yük maşını körpüyə ilişib qaldı - VİDEO
Qayda pozan piyada əli ilə sürücüdən ona yol verməsini istədi - VİDEO
Yardımlıda alışan “Mercedes” geriyə hərəkət edərək dərəyə düşdü - VİDEO
Diqqətli olun: Azərbaycanla bağlı yayılan bu görüntülər saxtadır – ARAŞDIRMA - VİDEO
Xırdalanda yoldakı dərin çuxura təkər qoydular - ŞİKAYƏT - VİDEO
Ucarda sərnişin dolu avtobus bir anda alova büründü - VİDEO
Sürücülük kursu vətəndaşdan pulunu alıb təlimləri keçirmədi - ŞİKAYƏT - FOTOLAR
"İşə getsən, səni öldürəcəyəm" dedi, arvadını baltaladı - Dəhşətli cinayətin təfərrüatı












