“Quska”nın 6 illik həbsi bu gün bitdi, amma...

Bu gün, aprelin 22-də keçmiş deputat və sahibkar Hüseyn Abdullayevin 6 illik həbs müddəti başa çatıb. Lakin H.Abdullayev azadlığa buraxılmayıb. Buna səbəb isə azadlığa buraxılmasına 47 gün qalmış ona qarşı cinayət yolu ilə əldə edilmiş pulların leqallaşdırılması (Cinayət Məcəlləsinin 193-1.3.2-ci maddəsi) ittihamı irəli sürülməsidir.
Avtosfer.az-a Musavat.com-a istinadən xəbər verir ki, 2024-cü il martın 4-də Binəqədi Rayon Məhkəməsi sabiq deputat barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçib.
Vəkili Ceyhun Yusifov deyib ki, Hüseyn Abdullayev köhnə ittihamlar kimi yenisini da qəbul etmir, özünü tam təqsirsiz hesab edir. Yeni ittihama görə, H. Abdullayev 2006-2014-cü illər arasındakı dövrdə 6 milyon manat vəsaitin yuyulmasında ittiham olunur.
Qeyd edək ki, əvvəlki cinayət işi üzrə istintaq artıq onun 2000-2018-ci ildəki fəaliyyətini araşdırıb. Bununla belə, yeni ittiham təsdiqlənərsə, onu 7 ildən 12 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.
Xatırladaq ki, Hüseyn Abdullayev 2005-ci ildə parlamentin deputatı kimi fəaliyyətə başlayıb və Nazirlər Kabinetinin fəaliyyətini tənqid edib. 2007-ci ilin martında parlamentin plenar iclasında deputat Fəzail Ağamalı ilə Hüseyn Abdullayev arasında yumruqlaşma olub. Bundan sonra Hüseyn Abdullayev cəzalandırılıb.
O, əvvəlcə həbs edilib, sonra xuliqanlığa görə 2 il müddətinə şərti azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. 2013-cü ildə Hüseyn Abdullayev Azərbaycandan gedib. Mühacirət dövründə ona qarşı vergi ittihamı ilə cinayət işi başlanıb. Keçmiş deputat 2018-ci il aprelin 22-də Türkiyədə saxlanılıb və Azərbaycana ekstradisiya olunmuşdu.
Hüseyn Abdullayayev Bakıda Cinayət Məcəlləsinin 192.2.2 (böyük gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 178.2.1, 178.2.2, 178.2.4 (fırıldaqçılıq), 182.2.1 (əvvəlcədən əlbir olmuş şəxslər tərəfindən hədələmə yolu ilə pul tələb etmə), 182.2.2 (eyni əməllər təkrar törədildikdə) və 182.2.4-cü (eyni əməllər, zərərçəkmişə böyük ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham edilərək 6 il müddətinə azadlıqdan məhrum edilmişdi.
Bakı-Sumqayıt yolunda yük maşını körpüyə ilişib qaldı - VİDEO
Qayda pozan piyada əli ilə sürücüdən ona yol verməsini istədi - VİDEO
Yardımlıda alışan “Mercedes” geriyə hərəkət edərək dərəyə düşdü - VİDEO
Diqqətli olun: Azərbaycanla bağlı yayılan bu görüntülər saxtadır – ARAŞDIRMA - VİDEO
Xırdalanda yoldakı dərin çuxura təkər qoydular - ŞİKAYƏT - VİDEO
Ucarda sərnişin dolu avtobus bir anda alova büründü - VİDEO
Sürücülük kursu vətəndaşdan pulunu alıb təlimləri keçirmədi - ŞİKAYƏT - FOTOLAR
"İşə getsən, səni öldürəcəyəm" dedi, arvadını baltaladı - Dəhşətli cinayətin təfərrüatı
Sumqayıtda dəhşət: 32 yaşlı kişi ÖLDÜ
Ölüm hökmü canlı yayımda icra ediləcək
Dörd maşın KÜLƏ DÖNDÜ - GÜCLÜ YANĞIN - VİDEO












