“Range Rover”lə piyadanı vurub hadisə yerindən qaçan “makler”dən xəbər var

Bakıda maşınla piyadanı vuraraq hadisə yerindən qaçmaqda təqsirləndirilən Elgün Kərimovun barəsindəki hökmdən apellyasiya şikayəti verilib.
Avtosfer.az-ın “Pravda.az”a istinadən məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək ilkin hazırlıq iclası noyabrın 14-nə təyin edilib.
Şikayət hakim Əli Məmmədovun sədrliyi ilə araşdırılacaq.
İttihama görə, qəza ötən ilin 29 sentyabrında saat 23 radələrində Pirşağıda 44 yaşlı Raqif Abbasovun ölümü ilə nəticələnib. Hadisəni törətmiş 2001-ci il təvəllüdlü sürücü Elgün Kərimov saxlanılıb və o, Cinayət Məcəlləsinin 263-1.3 və 264-cü (Sərxoş halda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətmə və hadisə yerindən qaçma) maddələri ilə təqsirli bilinib. Məhkəmədə bildirilib ki, Elgün Kərimov fərdi qaydada əmlak alqı-satqısı ilə (“makler” fəaliyyəti) məşğul olurmuş. Sentyabrın 29-da onun ad günü imiş və atası Elçinlə, eləcə də bir neçə digər “makler” dostları ilə Pirşağıdakı məşhur restoranlardan birinə gəliblər. Elgün restorana hadisədən bir gün əvvəl icarəyə götürdüyü “Range Rover Sport” markalı avtomobillə gəlib. Onlar ad günü mərasimində yeyib-içiblər və Elgün gecə saatlarında avtomobilə minərək getmək istəyərkən icarəyə götürdüyü nəqliyyat vasitəsilə 44 yaşlı Raqif Abbasovu vurub. Onun atası və digər şəxslər yaralını xəstəxanaya aparsa da, Elgün hadisə yerindən uzaqlaşıb. Yaralı şəxsin isə həyatını xilas etmək mümkün olmayıb. Təqsirləndirilən şəxs məhkəmədəki ifadəsində bildirib ki, zərərçəkmiş tərəfə maddi zərərə görə 18 min manata yaxın ödəniş ediblər. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ona 6 il həbs cəzası verilib. Cəzanın başa çatmasından sonra Elgün Kərimovun sürücülük hüququ 3 il 6 ay müddətə məhdudlaşdırılacaq.
Bakıda ağac avtomobilin üzərinə aşdı - VİDEO
Qətlə görə həbsə düşən gənc azadlığa çıxan kimi yenə adam öldürdü - VİDEO
Oliqarx və ailəsinə sui-qəsd anı - ŞOK VİDEO
Saç kəsimini bəyənmədiyi üçün bərbəri bıçaqladı - VİDEO
Gəncədə qadın ərini qəsdən maşınla vurdu
Sədərəyə gedən yolda sürücülərə TƏHLÜKƏ - "BMW"yə ziyan dəydi - VİDEO
Ağcabədidə ər arvadını bıçaqladı, sonra özünə xəsarət yetirdi
Kiberpolis əməliyyat keçirdi: Qadınları şantaj edənlər saxlanıldı - VİDEO
Rəis qatarı saxlatdırıb marketə getdi
Göyçayda “KIA” qəfil alovlandı – Vətəndaşlar yanğını söndürdü - VİDEO
Əks yola çıxan skuter sürücüsü qarşıdan gələnlərə qorxulu anlar yaşatdı - VİDEO










