Banner

Rəis vəfat etdi: 2 ay vəzifədə qaldı - FOTO

Hadisə 20 Oktyabr 2026 11:36
Rəis vəfat etdi: 2 ay vəzifədə qaldı - FOTO
WhatsApp kanalımıza abunə olun

Mədəniyyət Nazirliyinin Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin rəisi Vüsal İbrahimov qəfil vəfat edib.

Avtosfer.az xəbər verir ki, bununla bağlı mərhumun yaxınları məlumat paylaşıb.

Bildirilib ki, V.İbrahimovun meyiti Şamaxıda yaşadığı evdə aşkar edilib.

Onun ölüm səbəbi hələlik açıqlanmayıb.

Faktla bağlı Şamaxı Rayon Prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, Vüsal İbrahimov bu ilin avqustunda Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin rəisi təyin edilib. O, daha əvvəl Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsində çalışıb.

 

FOTO QALEREYA
Oxunub : 378
ŞƏRH YAZ
Ad

E-mail

Şərh