Rövşən Lənkəranskinin qardaşı məhkəməyə verildi

Ölkənin aparıcı banklarından biri olan “Paşa Bank” ASC “Neon MMMC” MMC (VÖEN – 1600012611) və Caniyev Namiq Rafiq oğlu barəsində məhkəmə iddiası qaldırıb.
Avtosfer.az yeniavaz.com-a istinadən xəbər verir ki, məhkəmə iddiası Bakı Kommersiya Məhkəməsinin hakimi Kənan Hüseynovun icraatına verilib. İddia ilə əlaqədar olaraq 15 aprel 2024-cü il saat 11:20-yə hazırlıq iclası təyin olunub.
İddia kredit müqaviləsi üzrə mübahisələrlə əlaqədar qaldırılıb.
Məlumat üçün bildirək ki, “Paşa Bank” ASC-nin barəsində iddia qaldırdığı “Neon MMMC” MMC 1998-ci ildə dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı Nizami rayonu, Mikayıl Əliyev, ev 17-də yerləşən MMC-nin nizamnamə kapitalı 60 manat təşkil edir. MMC-nin qanuni təmsilçisi Məmmədov Valeh Raqib oğludur.
Qeyd edək ki, uzun illər mətbuatda “Neon MMMC”nin qeydiyyatda olduğu hüquqi ünvanda – Nizami rayonu, Mikayıl Əliyev, ev 17-də fəaliyyət göstərən “Neon Palace” şadlıq sarayının 2016-cı ildə Türkiyədə öldürülən “Lənkəranski” ləqəbli məşhur kriminal avtoritet Rövşən Rafiq oğlu Canıyevin ailə üzvlərinə məxsus olması barədə məlumatlar yayılıb. “Paşa Bank” ASC-nin barəsində iddia qaldırdığı Namiq Caniyev də mərhum Rövşən Lənkəranskinin qardaşıdır.
Namiq Caniyev uzun illər Bakı Baş Gömrük İdarəsinin “Keşlə” gömrük postunun rəisi vəzifəsində çalışıb. Polkovnik rütbəsi daşıyan Namiq Caniyevi 2017-ci ilin noyabr ayında Türkiyənin hüquq-mühafizə orqanları tərəfindən başqa bir kriminal avtoritet – “Lotu Quli” ləqbli Nadir Səlifova qarşı sui-qəsd hazırlığında ittiham edilərək saxlanılıb.
Bakı-Sumqayıt yolunda yük maşını körpüyə ilişib qaldı - VİDEO
Qayda pozan piyada əli ilə sürücüdən ona yol verməsini istədi - VİDEO
Yardımlıda alışan “Mercedes” geriyə hərəkət edərək dərəyə düşdü - VİDEO
Diqqətli olun: Azərbaycanla bağlı yayılan bu görüntülər saxtadır – ARAŞDIRMA - VİDEO
Xırdalanda yoldakı dərin çuxura təkər qoydular - ŞİKAYƏT - VİDEO
Ucarda sərnişin dolu avtobus bir anda alova büründü - VİDEO
Sürücülük kursu vətəndaşdan pulunu alıb təlimləri keçirmədi - ŞİKAYƏT - FOTOLAR
"İşə getsən, səni öldürəcəyəm" dedi, arvadını baltaladı - Dəhşətli cinayətin təfərrüatı
Sumqayıtda dəhşət: 32 yaşlı kişi ÖLDÜ
Ölüm hökmü canlı yayımda icra ediləcək
Dörd maşın KÜLƏ DÖNDÜ - GÜCLÜ YANĞIN - VİDEO












