Rüşvət alan məmura ömürlük həbs

Çinin Hubey əyalətinin keçmiş vitse-qubernatoru Çao Quancin 226 milyon yuan (təxminən 31,83 milyon ABŞ dolları) rüşvət almaqda təqsirli bilinərək, məhkəmənin qərarı ilə ömürlük azadlıqdan məhrum edilib. Avtosfer.az “Azərtac”a istinadən xəbər verir ki, Sucou şəhər məhkəməsində sabiq məmurun cinayət işi üzrə məhkəmə prosesində onun 2004-2022-ci illərdə müxtəlif vəzifələrdə, o cümlədən Hubey vilayətinin vitse-qubernatoru olarkən vəzifə səlahiyyətlərindən sui-istifadə edərək əlbir olduğu şəxslərə biznes fəaliyyətlərində qanunsuz dəstək verib və bunun müqabilində 216 milyon yuan nağd pul və ya bahalı hədiyyələr aldığı sübuta yetirilib. Bundan başqa, 2021-ci ildə Çao Quancin Hubey əyalətinin vitse-qubernatoru kimi bəzi şirkətlərin restrukturizasiyası prosesinə rəhbərlik edərkən daxili məlumatları maddi maraq müqabilində başqalarına ötürüb. O, məlumat ötürməkdən 10 milyon yuandan çox qanunsuz gəlir əldə edib.
Məhkəmənin yekun hökmünə əsasən, sabiq məmur ömürlük həbs cəzası ilə yanaşı bütün siyasi hüquqları əlindən alınıb, əmlakı və qanunsuz yolla əldə etdiyi vəsaitlər müsadirə olunub.
Sabiq məmurun aldığı rüşvət külli miqdarda olmasına baxmayaraq, onun istintaqla əməkdaşlıq etməsi, peşman olduğunu bildirməsi və qanunsuz əldə etdiyi gəlirləri geri qaytarması məhkəmə prosesində nəzərə alınıb.
Qeyd edək ki, Si Cinpin 2012-ci ildə Çin Kommunist Partiyasının rəhbəri seçildikdən sonra ölkədə korrupsiyaya qarşı genişmiqyaslı kampaniyaya başlayıb. Ötən müddətdə yüksək vəzifəli şəxslər də daxil olmaqla on minlərlə məmur müxtəlif formada cəzalandırılıb.
Mingəçevirdə “Mercedes” qəfil alışıb yandı - VİDEO
Qaradağda evakuator və daşıdığı avtomobil yanaraq kül oldu - VİDEO
15 qız yanaraq öldü, polis yanğınsöndürənləri binaya buraxmadı - FOTO
Bakı-Sumqayıt yolunda yük maşını körpüyə ilişib qaldı - VİDEO
Qayda pozan piyada əli ilə sürücüdən ona yol verməsini istədi - VİDEO
Yardımlıda alışan “Mercedes” geriyə hərəkət edərək dərəyə düşdü - VİDEO
Diqqətli olun: Azərbaycanla bağlı yayılan bu görüntülər saxtadır – ARAŞDIRMA - VİDEO
Xırdalanda yoldakı dərin çuxura təkər qoydular - ŞİKAYƏT - VİDEO
Ucarda sərnişin dolu avtobus bir anda alova büründü - VİDEO
Sürücülük kursu vətəndaşdan pulunu alıb təlimləri keçirmədi - ŞİKAYƏT - FOTOLAR
"İşə getsən, səni öldürəcəyəm" dedi, arvadını baltaladı - Dəhşətli cinayətin təfərrüatı












