Rüşvətə görə işdən çıxarılan direktor məhkəmədə uduzdu

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi dövlət vəsaitinin mənimsənilməsinə görə vəzifəsindən azad edilən məktəb direktorunun iddiaları ilə bağlı açıqlama yayıb.
Avtosfer.az Agentliyə istinadən xəbər verir ki, təlim-tədris prosesində baş vermiş neqativ hallarla bağlı Mərkəzi Aran Regional Təhsil İdarəsi tərəfindən Mingəçevir şəhər 4 nömrəli tam orta məktəbdə yoxlamalar aparılıb.
Nəticədə sabiq direktor Qazıyev Azər Arif oğlunun fəaliyyəti zamanı dövlət büdcəsi vəsaitlərinin düzgün istifadə edilməməsi və ya təyinatı üzrə xərclənməməsi ilə bağlı əsaslı şübhələr müəyyən edilib. Bu səbəbdən Qazıyev Azər Arif oğlu 27 fevral 2024-cü ildə vəzifəsindən azad olunub.
Daha sonra o, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə qarşı işə bərpa olunmaq və məcburi iş buraxmaya görə əməkhaqqı tələbi ilə məhkəməyə müraciət edib.
Qeyd olunub ki, Nərimanov Rayon Məhkəməsinin müvafiq qətnaməsinə əsasən, sabiq direktorun iddiası təmin edilməyib və onun işə bərpa olunması ilə bağlı tələbi rədd edilib.
Xatırladaq ki, ötən il Mingəçevir şəhər 4 nömrəli tam orta məktəbin direktoru Azər Qazıyevin müəllimlərdən dərs saatlarına görə rüşvət alması ilə bağlı görüntülər yayılmışdı.
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO
Bakının əsas prospektlərindən birində işıqfor işləmir - VİDEO - YENİLƏNİB
Motosikletin qabağını qaldırıb sürən şəxs həbs edildi - VİDEO - FOTO
Yolu qaçaraq keçən piyadalar sürücüyə təhlükəli anlar yaşatdı - VİDEO
Hövsanda yolu keçən piyadaların qarşısına avtobus çıxır - VİDEO
Zooparkdan nadir heyvanlar oğurlandı
Gəncədə sürücülər motokuryerlərdən narazıdır; 10 gündə 3 qəza - VİDEO
Britaniyalı səyyah 28 il sonra evə qayıtdı – Azərbaycandan da keçib - FOTO
Kiberdələduzluq şəbəkəsinin “Call center”lərinə beynəlxalq zərbə - KMBİ-dən ƏMƏLİYYAT - FOTO - VİDEO












