Sabirabadda pendir sexinin fəaliyyəti məhdudlaşdırılıb - FOTO

Sabirabadda nöqsanlar aşkarlanan pendir sexinin fəaliyyəti məhdudlaşdırılıb. Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.
Qeyd olunub ki, daxil olan vətəndaş müraciəti əsasında Sabirabad şəhəri, İ.İsgəndərov küçəsində fəaliyyət göstərən pendir sexində yoxlama keçirilib.
Yoxlama zamanı müəssisədə qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib. Belə ki, məhsulların etiketlənməsində başqa istehsalçıya aid məlumatların qeyd olunduğu, sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin qüvvədə olan normativlərə cavab vermədiyi, müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədiyi, emala qəbul edilən südün baytarlıq ekspertizasından keçmədiyi və müayinələrinin aparılmadığı aşkarlanıb. Eyni zamanda, emal sahəsinin normativlərə cavab vermədiyi, müəssisədə və məhsul daşınmasında istifadə olunan nəqliyyat vasitəsində dezinfeksiya işlərinin aparılmadığı, obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçmədiyi və xüsusi geyimlə təmin olunmadığı müəyyən edilib.
Aşkarlanan faktlarla bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq müəssisə rəhbərliyi inzibati məsuliyyətə cəlb edilib, pendir sexinin fəaliyyəti məhdudlaşdırılıb. Müəssisənin məhsul etiketlənməsi sahəsində üzərində başqa sahibkara məxsus məlumatlar olan 3048 ədəd etiket Agentliyin əməkdaşları tərəfindən müəyyən edilərək dövriyyədən çıxarılıb.
Məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına göndərilib, araşdırmalar davam edir.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB














