Şabrandakı dəhşətli qəzanın DETALLARI – 2 ölü, 4 yaralı var

Xəbər verdiyimiz ki, bu gün gündüz saatlarında Şabran rayonunun Ağalıq kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az xəbər verir ki, Gəndab-Yalama yolunun 6-cı kilometrliyindəki qəzaya Rusiya vətəndaşının idarə etdiyi yük avtomobili səbəb olub.
Dağıstan Respublikasının Kayakent rayon sakini, 22 yaşlı Abduljalil Azizov idarə etdiyi "Volvo" markalı yük avtomobili ilə Rusiya sərhədi istiqamətinə gedərkən qarşı tərəfdən gələn Şabran rayonunun Gəndab kənd sakini, 62 yaşlı Zəbişah Əfəndiyevin idarə etdiyi "VAZ 2106", Xaçmaz rayonunun Molla Bürhan kənd sakini, 37 yaşlı Cəbrayıl Paşayevin idarə etdiyi "Opel”, Xaçmaz şəhər sakini, 35 yaşlı Tural Nuriyevin idarə etdiyi "VAZ 21440" markalı avtomobillərlə toqquşub və sonra aşıb. Nəticədə "VAZ 2106"-da olan sərnişin - 8 yaşlı Şabran sakini Həqiqət Quliyeva və "VAZ 21440"-da olan sərnişin, 62 yaşlı Əli Babayev vəfat ediblər.
Qəzada yaralanan 4 nəfər isə müxtəlif xəsarətlərlə Xaçmaz və Şabran mərkəzi xəstəxanalarına yerləşdiriliblər.
Azərbaycanlıların olduğu daha bir gəmiyə dron hücumu - VİDEO - FOTO
Sumqayıtda tapılan telefon iki dostu düşmən etdi: Qanlı hadisənin təfərrüatı
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ












