Sadıqovun əmrlərini yerinə yetirmişəm - Qurbanov

Müdafiə Nazirliyinin Satınalma və Təchizat İdarəsinin sabiq şöbə rəisi Məlikməmməd Qurbanov barəsində olan cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsində məhkəmə keçirilib.
Avtosfer.az APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Mehriban Qarayevanın sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.
Dövlət ittihamçısı Elfanə Bayramova bildirib ki, Bakı Hərbi Məhkəməsinin çıxardığı hökmə əsasən cəza cinayət işi üzrə maddələrin tələbindən 2 dəfədən çox azdır:
“Təqsirləndirilən şəxs dövlətə dəyən ziyanın çox cüzi hissəsini ödəyib. Ümumi ziyan 25 456 438 manat təşkil edir. Lakin təqsirləndirilən Məlikməmməd Qurbanov 542 438 manat ödəyib. Bakı Hərbi Məhkəməsində dövlət ittihamçısı şəxsin hərbi rütbəsi alınmaqla 12 il 6 ay azadlıqdan məhrum edilməsini istəsə də, məhkəmə 4 il azadlıqdan məhrum edilmə hökmü çıxarıb”.
İclasda təqsirləndirilən şəxs çıxış edib. M.Qurbanov deyib ki, ömrünün çox hissəsini Azərbaycan Silahlı Qüvvələrində xidmət edib:
“Mən 4 il həmin vəzifədə xidmət etmişəm. Müdafiə Nazirliyinin Baş Qərargah rəisinin əmrlərini yerinə yetirmişəm. Fərqi yoxdur əmrlər şifahidir, ya yazılı. Mənə çatan pulu ziyan olaraq ödəmişəm”.
Həmçinin təqsirləndirilən şəxsin vəkili Ceyhun Məmmədov çıxış edərək vurğulayıb ki, prokurorun protesti əsassızdır:
“Müdafiə etdiyim şəxs özünün mənimsədiyi pulu tam olaraq ödəyib. Biz araşdırma zamanı bildirdik ki, Nəcməddin Sadıqovu çağırıb dindirmək lazımdır. O, artıq hərbçi deyil, sadə vətəndaşdır. Lakin istəyimiz təmin olunmadı. Hətta müdafiə etdiyim şəxsin cəzasının şərti olması üçün də vəsatət qaldırsaq da, vəsatət təmin edilmədi”.
Proses dekabrın 2-də davam etdiriləcək.
Skuterə nifrət edən şəxs yeniyetməyə ağır xəsarət yetirdi – VİDEO
Bakıda kişi özünə yeni telefon alan arvadını döydü - Hər mesaja bir sillə
Bir nişan yoxdur, digəri görünmür – Bu küçədə hərəkət təhlükəlidir - VİDEO
Paytaxtda güclü külək ağacları avtomobillərin üzərinə aşırdı - VİDEO
Biləsuvarda sürücü sükan arxasında dünyasını dəyişdi
Skuter sürən məktəbli balaca qızı vuraraq qaçdı - VİDEO
Çimərlikdə heyvana şiddət göstərən şəxs saxlanıldı - VİDEO
Azərbaycanda iki kişi axtarışa verildi; qadın alverinə görə - FOTO
Xaçmazda qadından ağlasığmaz əməl: Satıcıya psixoloji təsir etdi - İDDİA - VİDEO
Yağıntı meşə yanğınına səbəb ola bilər
Qoyunlar səhralaşmanın qarşısını belə aldı










