Salyanda avtomobillə vurulan gənc ağır xəsarət alıb
Hadisə
5 Yanvar 2022 09:15
Oxunub 1528

Salyan rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az-ın “Report”a istinadən məlumatına görə, hadisə rayonun Xalac kəndində qeydə alınıb.
“VAZ-2107” markalı avtomobil yolu keçən 2000-ci il təvəllüdlü Kərimov Elmir Fərhad oğlunu vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR














