Şamaxıda yol çöküb - FOTO

Şamaxı-Göylər-Padarçöl avtomobil yolunun bir hissəsi dağılaraq yararsız vəziyyətə düşüb.
Avtosfer.az bildirir ki, 2017-ci ildə istifadəyə verilən və uzunluğu 54 kilometr olan bu yolda demək olar ki, hər ilin payız-qış aylarında çökmələr baş verir. Bu günlərdə yolun bəzi hissələrində yeni çökmə halları qeydə alınıb, asfalt örtüyünün çox hissəsində çat və iri yarğanlar əmələ gəlib. Bir neçə yerdə isə asfalt örtüyü tamamilə dağılıb. Hər gün bu yollardan istifadə edən sürücülər yolun qısa vaxtda dağılmasına görə narahat olduqlarını bildirirlər. Yerli sakinlərin və sürücülərin sözlərinə görə, yolun çökməsinə səbəb son günlər yağan intensiv yağışlarla yanaşı, yolda hərəkət edən ağır tonnajlı avtomobillərdir. Sürücülər uzun illər Şamaxı-Göylər-Padarçöl yolunun yenidən qurulmasını həsrətlə gözlədiklərini, yolsuzluq səbəbindən çox əziyyət çəkdiklərini, 5 il öncə rahat yolun istifadəyə verilməsinə baxmayaraq, ağır tonnajlı avtomobillərin intensiv olaraq Şamaxı-Göylər-Padarçöl yolundan hərəkət etməsi səbəbindən onun qısa vaxtda dağılmasına səbəb olduğunu deyirlər. Rayon sakinləri aidiyyəti qurumlardan bu yolun dağılmaması üçün yük avtomobillərinə nəzarətin artırılmasını, ərazidə təmir-bərpa işlərinin görülməsini istəyirlər.








Azərbaycanlıların olduğu daha bir gəmiyə dron hücumu - VİDEO - FOTO
Sumqayıtda tapılan telefon iki dostu düşmən etdi: Qanlı hadisənin təfərrüatı
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ












