Samur gömrük postunda niyə sıxlıq var? - RƏSMİ

Son günlər ölkəmizin Rusiya Federasiyası ilə sərhəddə yerləşən Şimal Ərazi Baş Gömrük İdarəsinin "Samur" gömrük postundan keçən yük nəqliyyat vasitələrinin nisbi sıxlığı müşahidə olunur.
Gömrük Komitəsindən Avtosfer.az-a verilən məlumata görə, buna səbəb isə Rusiya tərəfində yerləşən gömrük-keçid məntəqəsində tikinti-quraşdırma işlərinin aparılmasıdır. Məhz buna görə də "Samur" gömrük postunun ixrac nəzarət xətti vasitəsilə gündəlik yük nəqliyyat vasitəsinin say etibarı ilə keçidi 150-200-ə qədər enmişdir. Xatırladaq ki, "Samur" gömrük postu vasitəsilə gündəlik həm ixrac, həm də idxal nəzarət xəttləri üzrə 500, yəni ümumilikdə 1000 yük nəqliyyat vasitəsinin keçidini təmin etmək mümkündür. Lakin Rusiya tərəfində yerləşən gömrük-keçid məntəqəsinin infrastrukturu və aparılan təmir-tikinti işləri yük nəqliyyat vasitələrinin keçidini artırmağa imkan vermir. Sərhədkeçmə proseslərinin intensivliyinin artırılması məqsədilə ölkəmizin gömrük orqanları qarşı tərəfdəki həmkarları ilə mütəmadi olaraq müzakirələr aparır və sıxlığın aradan qaldırılması ilə bağlı müvafiq tədbirlər görülür.
Onu da qeyd edək ki, Prezident İlham Əliyevin "Xanoba" gömrük postunda tikinti işləri ilə bağlı tədbirlər haqqında" Sərəncamına uyğun olaraq Dövlət Gömrük Komitəsi bu istiqamətdə də müvafiq işləri sürətlə davam etdirir. Tikinti işləri başa çatdıqdan sonra isə şimal istiqamətində yerləşən gömrük postlarındakı sıxlıqlar aradan qaldırılacaq.
Hazırda "Samur" gömrük postu gücləndirilmiş iş rejimində fəaliyyət göstərir və bir daha qeyd edirik ki, yük nəqliyyat vasitələrinin sıxlığının aradan qaldırılması istiqamətində qarşı tərəflə mütəmadi məsləhətləşmələr və müzakirələr aparılır.
Azərbaycanlıların olduğu daha bir gəmiyə dron hücumu - VİDEO - FOTO
Sumqayıtda tapılan telefon iki dostu düşmən etdi: Qanlı hadisənin təfərrüatı
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ












