Sankt-Peterburqda çaya düşən avtobusla bağlı daha bir nəfər saxlanıldı

Rusiyanın Sankt-Peterburq şəhərində avtobusun çaya aşdığı hadisə ilə bağlı yeni detallar üzə çıxıb.
Avtosfer.az xəbər verir ki, Rusiya mətbuatına istinadən xəbər verir ki, "Taksi" adlı daşıyıcı şirkətin rəhbəri Rusiya Federasiyası Cinayət Məcəlləsinin 238-ci maddəsi (“Təhlükəsizlik tələblərinə cavab verməyən xidmətlər göstərmə”) ilə ittiham olunub.
İstintaq onun barəsində həbs-qətimkan tədbirinin seçilməsini xahiş edir.
İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin müstəntiqlərə Vasileostrovski rayonunun sakinlərinin müraciəti əsasında ictimai nəqliyyat marşrutlarında fəaliyyət göstərən daşıyıcılarda yoxlama aparmağı tapşırıb. Potseluev körpüsündən Moyka çayına düşən avtobusla bağlı fövqəladə hadisədən sonra onlar Bastrykinə şikayət yazıblar.
Qeyd edək ki, hadisə mayın 10-da baş verib. İlkin məlumata görə, avtomobilin sürücüsü idarəetməni itirib. Nəticədə avtobus sərnişinləri ilə birgə çaya düşüb.
Mayın 12-də Sankt-Peterburqda məhkəmə “Moyka”ya düşən avtobusun sürücüsünü istintaq təcridxanasına göndərib. Daha sonra ona qarşı miqrantların saxta qeydiyyatına görə daha bir cinayət işi açılıb.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












