Şəhid generalın adı ilə dələduzluq edir - BU QADINA DİQQƏT

Özünü şəhid general-mayor Polad Həşimovun bibisi kimi təqdim edən qadın dələduzluq edir.
Avtosfer.az xəbər verir ki, bu barədə şəhid generalın bacısı Kəmalə Həşimova özünün sosial şəbəkə hesabında bildirib. Onun sözlərinə görə, Səkinə adlı qadın özünü Polad Həşimovun bibisi kimi təqdim edərək başqa məqsədlər üçün istifadə edir: “Rəsmdə gördüyünüz bu qadın öz dediyinə görə əslən Gəncəli olsa da, Bakıda yaşayan Səkinədir. Başqa ziyarətçilər kimi evimizə gəlib rəsm də çəkdirib. Amma bu qadının bizim ailəmiz ilə heç bir qan bağı yoxdur. Hər yerdə Poladın bibisiyəm deyərək başqa məqsədlər üçün istifadə edir. Müxtəlif şirkətlərə gedərək yardım istəyir, pul yığır. Çox xahiş edirəm əgər bu adla kiməsə yaxınlaşarsa həddini bildirin. Mənim Fatma adında xanım-xatun bir bibim var. Çox qürurlu və məğrur bir qadındır. Belə dələduzlara fürsət verməyin”.
Azərbaycanlıların olduğu daha bir gəmiyə dron hücumu - VİDEO - FOTO
Sumqayıtda tapılan telefon iki dostu düşmən etdi: Qanlı hadisənin təfərrüatı
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ












