Şəkidə 60 yaşlı kişi yaşadığı evdə yanaraq ölüb

Şəkidə ölümlə nəticələnən yanğın hadisəsi baş verib.
Avtosfer.az xəbər verir ki, hadisə saat 19 radələrində Şəki şəhəri 4-cü rayon Guləhli məhəlləsində, 1962-ci il təvəllüdlü Rüstəm Nurəddin oğlu Mustafayevə məxsus, ümumi sahəsi 80 kvadrat metr olan ikimərtəbəli beş otaqdan ibarət fərdi yaşayış evində baş verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Şəki rayon Dövlət Yanğından Mühafizə hissəsinin yanğınsöndürən maşınları və şəxsi heyəti cəlb edilib. Yanğın nəticəsində evin yanar konstruksiyaları içərisində olan ev əşyaları ilə birlikdə yanıb. Yanğın kəşfiyyatı zamanı ev sahibi, 60 yaşlı Rüstəm Mustafayevin yanmış meyiti aşkar edilib. Meyit aidiyyəti üzrə təhvil verilib. Evə bitişik tikilmiş, ümumi sahəsi 130 kvadrat metr olan ikimərtəbəli digər evin dam örtüyünün 15 kvadrat metrlik sahəsi yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.Faktla bağlı araşdırma aparılır.
Azərbaycanlıların olduğu daha bir gəmiyə dron hücumu - VİDEO - FOTO
Sumqayıtda tapılan telefon iki dostu düşmən etdi: Qanlı hadisənin təfərrüatı
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ












