Şəkidə gün ərzində üç fərqli ərazidə yanğın baş verib

Şəkidə gün ərzində üç fərqli ərazidə yanğın hadisəsi baş verib.
Avtosfer.az xəbər verir ki, hadisələrdən biri günorta saatlarında Birinci Biləcik kəndində qeydə alınıb.
Yanğın nəticəsində 38 yaşlı Abdulla Malxanova məxsus, ümumi sahəsi 40 kvadratmetr olan tövlənin yanar konstruksiyaları, damına yığılmış 6 ton ot bağlamasının 4 tonu və bitişik sahəsi 54 kvadratmetr olan talvarın taxta atmaları yanıb. Yaxınlıqdakı tikililər və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub.
Digər yanğın Bideyiz kəndində baş verib. Hadisə zamanı 58 yaşlı Hikmət Bağmanovun "MonteFerro" şirkətinə məxsus fındıq bağı ərazisində 700 kvadratmetr sahədə kol-kos və quru ot yanıb. Ətraf ərazilər yanğından mühafizə olunub.
Axşam saatlarında isə şəhərin Bəxtiyar Vahabzadə küçəsi ərazisində yanğın qeydə alınıb. Çay ətrafında 2,5 hektar sahədə kol-kos və quru ot, həmçinin sahibi məlum olmayan bağın ətrafında 150 kvadratmetr sahədə çəpər yanıb. Ətraf ərazilər yanğından mühafizə olunub.
Hər üç yanğın FHN-in Şəki Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri tərəfindən söndürülüb.
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO
Bakının əsas prospektlərindən birində işıqfor işləmir - VİDEO - YENİLƏNİB
Motosikletin qabağını qaldırıb sürən şəxs həbs edildi - VİDEO - FOTO
Yolu qaçaraq keçən piyadalar sürücüyə təhlükəli anlar yaşatdı - VİDEO












